Auditorlar Palatası tərəfindən 2025-ci il 3 mart – 22 aprel tarixlərində Auditor adı almaq üçün imtahana hazırlıq kursu keçiriləcəkdir.

E L A N

 

Auditorlar Palatası tərəfindən 2025-ci il 3 mart – 22 aprel tarixlərində Auditor adı almaq üçün imtahana hazırlıq kursu keçiriləcəkdir. Kursda iştirak könüllüdür.

Kursda tədris olunacaq mövzular: Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS), Vergi qanunvericiliyi, Beynəlxalq Audit Standartları (BAS).

Kursda iştirak ödənişlidir və onlayn formatda keçiriləcəkdir.

Kursda iştirak etmək arzusunda olan şəxslər 2025-ci il 21 fevral tarixinədək Auditorlar Palatasına müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Kadr hazırlığı idarəsinin rəis müavini Elminə İsayeva.

Əlaqə nömrəsi:012-465-21-75; 055-249-29-11; e-mail: training@audit.gov.az

 

AUDİTORLAR PALATASININ

İMTAHAN KOMİSSİYASI