2024-cü ilin 03 oktyabr tarixində Auditorlar “Əlaqəli auditor xidmətlərinin aparılması zamanı BAS-ların tətbiqi” və “Auditdə informasiya texnologiyalarının tətbiqi” (moderator – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov; məruzəçi –Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) mövzuları üzrə ustad dərsi və seminar keçirilmişdir.
Moderator Elnur İbrahimov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını, üzvlərini salamlayıb “Əlaqəli auditor xidmətlərinin aparılması zamanı BAS-ların tətbiqi” haqqında qısa məlumat verərək sözü Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova verdi.
N.Talıbov mövzu ətrafında geniş məlumat verərək bildirdi ki, Təsərrüfat subyektlərində müqavilə əsasında auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək əlaqəli auditor xidməti hesab edilir.
Bu xidmətlərin göstərilməsi zamanı Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Etika Məcəlləsinin, IFAC-ın bu sahə üzrə normativ sənədlərinin tələblərinə əməl edilməlidir. Auditorun müstəqilliyi tam təmin olunmalıdır,
Auditor - audit, mühasibat uçotu, vergiqoma, mülki hüquq, iqtisadi təhlil və peşə fəaliyyətinin göstərilməsi üçün zəruri olan digər sahələrdə sərtiştəliliyə malik olmalıdır.
Əlaqəli xidmətləri iki yerə bölmək olar:
Maliyyə hesabatının auditi aparılan subyeklərdə göstərilməsi mümkün olan əlaqəli xidmətlər aşağıdakılardır:
Maliyyə hesabatının auditi aparılan subyeklərdə göstərilməsi mümkün olmayan əlaqəli xidmətlər aşadakılardır:
Daha sonra E.İbrahimov “Auditdə informasiya texnologiyalarının tətbiqi” mövzusunda seminara keçid edərək qısa məlumat verdikdən sonra sonra sözü N.Talıbova verdi.
N.Talıbov mövzu ətrafında geniş məlumat verərək bildirdi ki,Auditor fəaliyyətinin həyata keçirilməsində informasiya texnologiyalarının tətbiqinə, auditdə süni intellektdən istifadə imkanlarına, habelə auditor şirkətləri tərəfindən müəyyən İT 8 alətlərinin istifadəsinə nəzarət və nəzarətin avtomatlaşdırılması məsələlərinə çox diqqət yetirilməkdədir.
İnformasiya texnologiyalarının inkişafına əhəmiyyətli investisiyalar yönəldən ən böyük auditor şəbəkələri böyük və kiçik auditor təşkilatları arasındakı uçurumu artırır (bunun tətbiqi auditin keyfiyyətini artırdığından, əlavə xidmətlərin inkişafına müsbət təsir göstərdiyindən, xərcləri azaldır və nəticədə rəqabətçi üstünlüklər verir).
Eyni zamanda bazarda orta və kiçik auditor şirkətləri hesabına bu cür texnologiyalara sahib olan böyük şirkətlər üçün auditor xidmətlərinin payı artır. Auditor tənzimləyicilərinin (nəzarət orqanlarının) fəaliyyəti yeni texnologiyaların auditin keyfiyyətinə təsiri risklərinin təhlilinə və auditor təşkilatlarının qanuni tələblərə uyğunluğuna nəzarət yanaşmalarının dəyişdirilməsinə yönəldilmişdir.
İT şirkətlərinin ənənəvi auditor təşkilatları ilə rəqabət aparmaq qabiliyyətini, eləcə də audit prosesinin avtomatlaşdırılması və robotlaşdırılmasının istiqamətlərini və nəticələrini, Azərbaycan Respublikasında rəqəmsal auditor hesabatından istifadə perspektivlərini, özünəməxsus xüsusiyyətlərini, auditi aparan işçilərin hazırlanması və yenidən hazırlanmasının qeyd etmək lazımdır.
Mütəxəssislər yeni İT texnologiyalarının meydana çıxması ilə əlaqədar olaraq auditor peşəsinin böyük dəyişikliklər ərəfəsində olduğunu qəbul etdilər ki, bu da ilk növbədə auditorları gündəlik prosedurları yerinə yetirməkdən, inkişaf vektorunu analitik işə dəyişməkdən və test etməkdən xilas edəcəkdir. Bu baxımdan, kompüter texnologiyası və işgüzar zəka bacarıqları kimi yeni auditor səriştələrinə ehtiyac vardır. Auditor xidmətləri istifadəçilərindən tələb maliyyə məlumatlarının hazırlanması sistemlərinin etibarlılığının təsdiqinə və bu cür məlumatların onlayn sertifikatlaşdırılmasına doğru gedir və texnologiyanın istifadəsi peşəkar və etik audit standartlarının tələblərindən təsirlənəcəkdir. Buna görə peşənin gələcəyi yeni alətlərin və xidmətlərin inkişafında olduğu kimi, audit və İT şirkətlərinin ittifaqında dayanır.
Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən ustad dərsinin və seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 81 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası