2024-cü ilin 31 iyul tarixində Auditorlar Palatasında “600 saylı (düzəliş edilmiş) “Xüsusi mülahizələr - qrup maliyyə hesabatlarının auditi (o cümlədən bölmə auditorlarının işi)” BAS-ın tətbiqi (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi - Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) mövzusunda seminar keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını, üzvlərini salamlayaraq “600 saylı (düzəliş edilmiş) “Xüsusi mülahizələr – qrup maliyyə hesabatlarının auditi (o cümlədən bölmə auditorlarının işi)” BAS-ın tətbiqi mövzusunda seminarı başladaraq bildirdi ki, bu Beynəlxalq audit standartı (BAS) şirkətlər qrupunun auditinə tətbiq olunur. Bu BAS-da qrup auditlərinə, xüsusilə bölmə auditorlarının işinə dair xüsusi aspektlərdən bəhs edilir.
Qrup maliyyə hesabatları olmayan maliyyə hesabatlarının auditinə digər auditorlar cəlb edildikdə, tapşırığın şərtlərindən nəzərə alınmaqla uyğunlaşdırılmış bu BAS faydalı ola bilər.
Bölmə auditorundan qanuna, qaydalara və ya digər əsaslara görə bölmənin maliyyə hesabatlarına dair auditor rəyi bildirmək tələb oluna bilər. Qrupun tapşırıq heyəti bölmənin maliyyə hesabatları üzrə auditor rəyinin əsaslandığı audit sübutlarından qrup auditinin məqsədləri üçün audit sübutları qismində istifadə etmək barədə qərar qəbul edə bilər, lakin belə halda bu BAS-ın tələbləri qüvvədə olacaqdır.
220 saylı BAS-ın tələblərinə uyğun olaraq, qrupun tapşırıq üzrə tərəfdaşı əmin olmalıdır ki, qrupun audit tapşırığını yerinə yetirən şəxslər, o cümlədən bölmənin bütün auditorları lazımi səriştə və vərdişlərə malikdirlər. Qrupun tapşırıq üzrə tərəfdaşı, həmçinin, qrup audit tapşırığına rəhbərlik, onun icrasına nəzarət və yerinə yetirilməsinin keyfiyyəti üçün məsuliyyət daşıyır.
Qrupun tapşırıq üzrə tərəfdaşı bölmənin maliyyə məlumatlarının auditini qrupun tapşırıq heyətinin və ya bölmə auditorunun aparmasından asılı olmayaraq, 220 saylı BASın tələblərinə riayət olunmasını təmin etməlidir.
Bölmənin maliyyə məlumatlarının auditini bölmə auditorları apardıqda 220 saylı BAS-ın tələblərinə riayət etmək üçün bu BAS qrupun tapşırıq üzrə tərəfdaşına kömək etməlidir.
Bu BAS 15 dekabr 2024-cü il tarixindən tez olmayaraq başlanan dövrlər üzrə qrup maliyyə hesabatlarının auditi üçün etibarlıdır.
Auditorun məqsədləri aşağıdakılardır:
BAS |
göstərdiyi halda:
edilmiş məlumatların işlənməsi üzrə işin həcmi və
müddəti barədə bölmə auditorlarının diqqətinə dəqiq
məlumat çatdırmaq; habelə
pektlər baxımından maliyyə hesabatlarının tətbiq
olunan çərçivələrinə uyğunluğu haqqında rəy
bildirmək üçün bölmələrin maliyyə məlumatlarına
və konsolidasiya prosesinə aid yetərli münasib audit
sübutları əldə etmək.
Qrupun tapşırıq üzrə tərəfdaşı qrup audit tapşırığına rəhbərlik, onun aparılmasına nəzarət və peşəkar standartlara və tətbiq edilən qanun və qaydalara uyğun yerinə yetirilməsinin keyfiyyəti üçün məsuliyyət daşıyır.
Qrupun tapşırıq üzrə tərəfdaşı 210 saylı BAS-a uyğun olaraq, qrup audit tapşırığının şərtlərini razılaşdırmalıdır.
Qrupun tapşırıq heyəti 300 saylı BAS-a uyğun olaraq, ümumi audit strategiyasını işləyib hazırlamalı və qrup auditinin planını tərtib etməlidir.
Qrupun tapşırıq üzrə tərəfdaşı qrupun ümumi audit strategiyasını və qrupun audit planını yoxlamalıdır.
Auditor müəssisə və onun mühitini öyrənmək vasitəsilə əhəmiyyətli təhriflər riskini müəyyənləşdirməli və qiymətləndirməlidir.
Qrupun tapşırıq heyəti aşağıdakılar üçün yetərli olan təhlilləri
aparmalıdır:
nəticəsində baş vermiş əhəmiyyətli təhriflər riskini qiymətləndirmək.
Auditor maliyyə hesabatlarının qiymətləndirilmiş əhəmiyyətli təhriflər riskinə qarşı lazımi cavab tədbirləri işləyib hazırlamalı və həyata keçirməlidir.
Qrupun tapşırıq heyəti qrupun rəhbərliyi tərəfindən bölmələrə verilən təlimatlar daxil olmaqla, qrup daxili nəzarət vasitələri və konsolidasiya prosesini öyrənməlidir. Əgər konsolidasiya prosesi üzrə yerinə yetirilməli işlərin xüsusiyyəti, müddəti və dərəcəsi qrup səviyyəsində nəzarət vasitələrinin səmərəliliyinə əsaslanırsa və ya mahiyyəti üzrə yoxlama prosedurları özlüyündə təsdiqləmələr səviyyəsində yetərli münasib audit sübutları təqdim edə bilmirsə, qrupun tapşırıq heyəti və ya onun tapşırığı ilə bölmə auditoru qrupdaxili nəzarət vasitələrinin səmərəliliyini test yoxlamasından keçirməlidir.
Auditor audit riskini qəbul ediləcək aşağı səviyyəyə qədər azaltmaq və auditor rəyini əsaslandırmaq üçün yetərli münasib audit sübutları əldə etməlidir.
Qrupun tapşırıq heyəti audit sənədlərinə aşağıdakı məlumatları
daxil etməlidir:
a) Əhəmiyyətli bölmələrin müəyyən edilməsi məqsədilə bölmələrin və bölmələrin maliyyə məlumatlarının auditi üzrə işlərin növünün təhlili.
b) Əhəmiyyətli bölmələrin auditi üzrə bölmə auditorlarının işində qrupun tapşırıq heyətinin iştirakının xüsusiyyəti, müddəti və dərəcəsi, o cümlədən müvafiq olarsa, qrupun tapşırıq qrupu tərəfindən auditin sənədləşdirilməsinin müvafiq hissələrinin və bölmə auditorlarının mülahizələrinin təhlili.
c) Qrupun tapşırıq heyətinə tələblər haqqında qrupun tapşırıq heyəti və bölmə auditorları arasında yazışma.
Auditor audit riskini qəbul ediləcək aşağı səviyyəyə qədər azaltmaq və auditor rəyini əsaslandırmaq üçün yetərli münasib audit sübutları əldə etməlidir.
Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən seminarın mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 36 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası