2024-cü il 21 iyun tarixində seminar keçirilmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının “Sosial auditə dair metodik vəsait” barədə 2024-cü il 09 aprel tarixli 364/6 nömrəli Qərarının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə metodik vəsaitin auditor təşkilatları və sərbəst auditorların diqqətinə çatdırılması üçün Sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov və “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Fikrət Hüseynovun iştirakı ilə 2024-cü il 21 iyun tarixində seminar keçirilmişdir. Məruzəçilər mövzu barədə geniş məlumat vermiş və bir neçə slayddan ibarət təqdimatı nümayiş etmişdilər. Eyni zamanda seminarda Sərbəst auditor Aygün Səfərova, “Azəruçot” MMC-nin direktor-auditoru Eldar Təhməzov, “AUDİT EXPERT TV" MMC-nin direktor-auditoru Vidadi Talıbov tərəfindən verilmiş suallar  geniş müzakirə edilmişdir.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 77 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.