Auditorların nəzərinə.

Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) IFRS Fondunu və ISSB-ni bu gün ÜDM-ə görə qlobal iqtisadiyyatın yarısından çoxunu təmsil edən iyirmidən çox yurisdiksiyanın artıq istifadə etmək və ISSB Standartlarını öz qanuni və ya tənzimləyici çərçivələrində təqdim etmək qərarına gəldiyini və ya addımlar atdığını elan etmələri münasibətilə təbrik etmişdir. IFAC, dünyanın aparəcə dövlətləri tərəfindən ISSB Standartlarının qəbulu və ya digər istifadəsi üzrə təşəbbüslərini layihələndirməyə və planlaşdırmağa kömək etmək üçün hazırlanmış ISSB Standartlarının qəbulu və ya digər istifadəsi üzrə IFRS Fondunun İlkin Yurisdiksiya Bələdçisinə (Təlimat) yüksək qiymət verir.

IFRS Fondu (ing. International Financial Reporting Standards Foundation (IFRS Foundation) ictimai maraqlara xidmət edəcək müstəqil, qeyri-kommersiya təşkilatı kimi yaradılmışdır. İdarəetmə və standartların təsdiqi prosesi standartların qəbulunun xüsusi maraq qruplarından müstəqilliyini qorumaq və bütün dünya üzrə tərəfdaşlar qarşısında hesabatlılığı təmin etmək üçün nəzərdə tutulmuşdur.

Beynəlxalq Davamlılıq Standartları Şurası (ISSB) 2021-2022-ci illərdə IFRS Fondu nəzdində yaradılmış standart təyin edən orqandır. Şuranın məqsədi investorların davamlılıq hesabatı ehtiyaclarını ödəmək üçün davamlılıqla bağlı maliyyə hesabatı standartlarını yaratmaq və inkişaf etdirməkdir.

 Hazırda İSSB tərəfindən Davamlı Inkişaf  üçün Ümumi Hesabat Standartı (İSSA 5000) layihəsi hazırlanmışdır. Bu standartın 2025-ci ilin birinci yarısında tamamlanması gözlənilir.

Daha ətraflı məlumat almaq üçün aşağıdakı linkdən istifadə etmək olar:

 

https://www.ifac.org/news-events/2024-05/ifac-congratulates-ifrs-foundation-and-international-sustainability-standards-board-issb-growing