2024-cü ilin 22 may tarixində “Bələdiyyələrin auditi zamanı innovativ təhlil metodlarının tətbiqi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov), “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov) və “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi-də (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) edilən dəyişikliklərlə bağlı ictimai əhəmiyyətli qurumların auditinə tətbiq edilən qadağaların xülasəsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) mövzularında seminar keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını, üzvlərini salamlayaraq “Bələdiyyələrin auditi zamanı innovativ təhlil metodlarının tətbiqi” mövzusunda seminarı başladaraq bildirdi ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunu bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsinin prinsiplərini yerli büdcə prosesinin əsaslarını və bu sahələrdə bələdiyyələrin səlahiyyətləri və onların müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir.
Bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsi ilə əlaqədar yaranan münasibətlər Azərbaycan Respublikasının Konstitusiyası ilə bu Qanunla, "Bələdiyyələrin statusu haqqında", "Büdcə sistemi haqqında", "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə tənzimlənir.
Bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir.
Bələdiyyənin maliyyə vəsaitinin formalaşması və istifadəsi özünüidarəetmə, müstəqillik, aşkarlıq və yerli mənafenin respublika mənafeyi ilə uzlaşması prinsiplərinə əsaslanır.
Q.Bayramov mövzu haqqında məlumat verdikdən sonra sözü məruzəçi sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova verdi.
N.Talıbov bildirdi ki, yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir. Qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrə verdikləri səlahiyyətlərin həyata keçirilməsi üçün maliyyə vəsaitindən istifadəyə həmin orqanlar nəzarət edirlər.
Аzərbаycаn Rеspublikаsının Аuditоrlаr Pаlаtаsı Şurаsının 2005-ci il 19 yаnvаr tаriхli 144/2 sаylı qərаrı ilə təsdiq еdilmiş "Bələdiyyələrdə Аudit Аpаrilmаsinа Dаir Prоqrаm" aşağıdakı bölmələrdən ibarətdir:
I. Giriş
II. Bələdiyyə hаqqındа ümumi məlumаt
III. Bələdiyyə büdcəsinin gəlir və хərc hissəsinin fоrmаlаşdırılmаsı
IV. Pul vəsаitləri, bаnk və kаssа əməliyyаtlаrı
V. Hеsаblаşmа hеsаbı üzrə əməliyyаtlаr
VI. Хаrici vаlyutаdа аpаrılаn bаnk əməliyyаtlаrı
VII. Bаnkdа оlаn хüsusi hеsаblаr, digər pul vəsаitləri və pul sənədləri
VIII. Əsаs vəsаitlər və qеyri-mаddi аktivlər
IX. Hеsаblаşmаlаr, krеdit əməliyyаtlаrı və mаliyyə qоyuluşlаrı
X. Kаpitаl və еhtiyаtlаr
XI. Bələdiyyənin mаliyyə-təsərrüfаt fəаliyyətinin nəticəsi
XII. Dахili nəzаrət
XIII. Mühаsibаt uçоtunun və hеsаbаtının vəziyyəti
XIV. Nəticə və təkliflər
Bələdiyyələrin auditi zamanı innovativ təhlil metodlarını tətbiq etməklə yeni texnologiyalardan geniş istifadə edilməlidir.
Daha sonra Q.Bayramov “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası” mövzusunda seminara keçid edərək bildirdi ki, “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası” (bundan sonra - Qayda) “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 11.4-cü maddəsinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 2023-cü il 27 aprel tarixli 3-21-28/3-6-8/2023 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Bu Qayda öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə (bundan sonra - Maliyyə Monitorinqi Xidməti) təqdim edilməli məlumat və sənədləri və onların təqdim edilməsi qaydasını müəyyən edir.
Daha sonra məruzəçi Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”nın Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmalı məlumat və sənədlər, Məlumat və sənədlərin Maliyyə Monitorinqi Xidmətinə təqdim edilmə müddətləri, Məlumat və sənədlərin təqdim edilməsi, Məlumat və sənədlərin geri qaytarılması bölmələri haqqında geniş məlumat verdi.
E.İbrahimov Məlumat və sənədlərin Maliyyə Monitorinqi Xidmətinə təqdim edilmə müddətləri bölməsindən bəhs edərkən bildirdi ki, bu Qaydada nəzərdə tutulmuş məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş müddətlərdə təqdim edilməlidir.
Qanunun 11.5-ci maddəsinə uyğun olaraq maliyyə institutları tərəfindən (əməliyyatların icra edilməməsi mümkün olmayan hallar istisna olmaqla) bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş hallarda məlumat və sənədlər aşağıdakı əməliyyatlar icra edilmədən Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur:
- Yüksək riskli müştəri profilləri ilə əlaqədar əməliyyatlar;
- 200.000 (iki yüz min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı məbləğdə həyata keçirilən əməliyyatlar;
- Maliyyə vəsaitlərinin hesabdan çıxarılması ilə nəticələnən əməliyyatlar.
Bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq məlumat və sənədlər göndərildikdən sonra Qanunun 11.7-ci maddəsinə uyğun olaraq 2 iş günü ərzində Maliyyə Monitorinqi Xidməti tərəfindən əməliyyatın dayandırılması barədə göstəriş və ya dayandırılmasının zəruri olmadığına dair məlumat maliyyə institutuna təqdim edilir. Bu müddət ərzində əməliyyatın dayandırılması barədə göstəriş daxil olmazsa, əməliyyat icra edilməlidir.
E.İbrahimov eyni zamanda Məlumat və sənədlərin geri qaytarılması bölməsindən bəhs edərkən bildirdi ki, məlumat və sənədlərin bu Qaydanın tələblərinə uyğun təqdim olunmadığı aşkar edildikdə, bu barədə öhdəlik daşıyan şəxslərə, habelə auditor xidməti göstərən şəxslərə bu Qaydaya 12 nömrəli əlavədə müəyyən edilmiş “Elektron bildiriş” göndərilir.
Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər məlumat və sənədləri bu Qaydanın 2.1-ci bəndində, 2.3.1-ci və 2.3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş hallarda 3 iş günü ərzində, bu Qaydanın 2.2-ci və 2.4-cü bəndlərində, habelə 2.3.2-ci yarımbəndində nəzərdə tutulmuş hallarda məlumat və sənədlərin geri qaytarıldığı iş gününün sonunadək müvafiq düzəlişləri etməklə yenidən Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.
Q.Bayramov “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi-də (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) edilən dəyişikliklərlə bağlı ictimai əhəmiyyətli qurumların auditinə tətbiq edilən qadağaların xülasəsi” mövzusunda seminara keçid edərək mövzu haqqında məlumat verdikdən sonra sözü məruzəçi sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova verdi.
N.Talıbov bildirdi ki, Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının (IESBA) Heyəti bu yaxınlarda Peşəkar Mühasiblər üçün Beynəlxalq Etika Kodeksindəki (Beynəlxalq Müstəqillik Standartları da daxil olmaqla) (Kodeks) ictimai maraq subyektlərinin (PIE) üçün qadağaların yüksək səviyyəli xülasəsini dərc edib.
Yüksək səviyyəli xülasə PIE auditləri üçün qadağan olunmuş qeyri-təminat xidmətləri, əlaqələr, maraqlar və ya halları vurğulamaq üçün nəzərdə tutulmuşdur. Bu, tənzimləyicilər və auditə nəzarət orqanları, audit şirkətləri və fərdi audit mütəxəssisləri, korporativ idarəetmə icması, investorlar, hazırlayanlar və təhsil orqanları və ya institutları daxil olmaqla, maraqlı tərəflər üçün faydalı istinad olacaqdır.
Yüksək səviyyəli xülasə Kodeksi oxumağı əvəz etmir. Qadağaların daha yaxşı başa düşülməsinə kömək etmək üçün Məcəllənin müvafiq müddəalarına istinadlar verilmişdir.
PIE Audit Müştəriləri ilə bağlı qadağalar:
Özünü nəzərdən keçirmə təhlükəsi yarada bilən firma və ya şəbəkə firması tərəfindən təmin edilən NAS;
Özünü nəzərdən keçirmə təhlükəsi yarada biləcək istənilən NAS.
Bunlara daxildir:
Kodeks PIE audit müştərisinə aşağıdakı NAS-ı qadağan edir:
• Mühasibat uçotu və mühasibat uçotu xidmətləri, o cümlədən mühasibat uçotu və maliyyə hesabatlarının hazırlanması.
• Cari və təxirə salınmış vergi öhdəliklərinin (və ya aktivlərinin) hesablamalar.
Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 85 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası