Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşkilatın məsləhətçisi Sübhan Ərəbi YAP Sosial Media Qrupunun nümayəndələri Rəna Süleymanlı və Bəhruz Rüstəmov, eyni zamanda rayonun gənc fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Muxtar Nağıyev iştirakçılları salamlayıb və qonaqları təqdim edib. Cari il fevralın 7-də ölkədə keçirilən növbədənkənar Prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin möhtəşəm qələbə qazandığını xatırladan Muxtar Nağiyev ölkəmizin yeni dövrə qədəm qoyduğunu və bu dövrün həm rayon təşkilatı, həm də rayon ərazisində yaşayan və işləyən gənclər qarşısında mühüm vəzifələr qoyduğunu bildirib.
YAP Səabil rayon təşkilatında Ümummilli Lider Heydər Əiyevin ideyalarını və YAP sədri, Prezident İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətin əsaslarını öyrənmək məqsədi ilə ”Heydər Əliyev irsini öyrənirik” məktəbinin fəaliyyət göstərdiyini xatırladan Muxtar Nağıyev qeyd edib ki, YAP Sosial Media Qrupunun nümayəndələrinin iştirakı ilə bu gün təşkil edilən seminarın məqsədi partiya gənclərini müxtəlif mövzularda daha ətraflı məlumatlandırmaq, işin səmərəliliyini artırmaq, mövcud problemləri aradan qaldırmaqdır.
Tədbirdə çıxış edən YAP Sosial Media Qrupunun məsul nümayəndəsi Rəna Süleymanlı YAP Səbail rayon təşkilatında keçirilən görüşü yüksək qiymətləndirib, belə görüşlərin gənc fəallar üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Ölkəmizin milli maraqlarının qorunmasında, eləcə də informasiya müharibəsindəki qələbədə gənclərin fəal rolunun olduğunu bildirən Rəna Süleymanlı müxtəlif sahələrdə gənclərin fəallığının artırılması, gündəmdə olan mövzulara uyğun məqalələrin hazırlanması, sosial şəbəkələrdən düzgün və qaydalara müvafiq şəkildə istifadə olunması barədə iştirakçılara ətraflı məlumat verib, onları maraqlandıran sualları ətraflı cavablandırıb.
Tədbirdə çıxış edənlər: YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşkilatın məsləhətçi Sübhan Ərəbi və YAP fəlları - ölkəmizin yaşadığı yeni mərhələnin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün əzmlə çalışacaqlarını bildiriblər. Qeyd edilib ki, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu vəzifələrin uğurla həyata keçirilməsi üçün birlikdə çalışmalıyıq.
Geniş diskussiya şəklində keçən seminar-treninq gənclərin suallarının cavablandırılması ilə davam etdirilib.

Qalareya