2024-cü il 1 may tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında yaradılmış işçi qrupunun onlayn formatda iclası keçirilib.
İclasda Maliyyə Monitorinqi Xidməti tərəfindən Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin direktoru Nurlan Babayev, Nəzarət orqanları ilə iş şöbəsinin rəisi Kifayət Nəsirli və Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük mütəxəssisi Nilufər Abdullayeva, Auditorlar Palatası tərəfindən Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsinin müdiri Həbibə Məmmədova, Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov, Haqsız rəqabətə qarşı mübarizə idarəsinin rəisi Rövşən Cəfərli və Sərbəst auditor Şamxal Kərimov iştirak ediblər.
Görüşdə “Auditor rəyinin formasına dair təklif edilmiş hissənin və auditorlar tərəfindən istifadəsi təklif olunan yoxlama vərəqəsinin müzakirəsi” və “Auditorlar Palatası tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsində üzləşilən çətinliklər” mövzusu ətrafında müzakirələr aparılıb.
Nurlan Babayev iclası açıq elan edərək iclasın gündəliyini iştirakçıların nəzərinə çatdırıb və görüşün əhəmiyyətindən danışıb.
Sonra Elnur İbrahimov işçi qaydada Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları tərəfindən edilən bütün yardımlara görə xüsusi təşəkkürümüzü bildirərək hazırda əsas problemin auditorların öhdəliklərinin hərtərəfli şəkildə müəyyən edilməsi olduğunu bildirib. Eyni zamanda “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”na istinad edərək Dövlət Vergi Xidmətinin bu məsələ ilə əlaqədar yaradılmış sisteminə auditorlar tərəfindən girişin qeyri-mümkün olduğunu qeyd edib.
Daha sonra E.İbrahimov ƏL/TMM üzrə monitorinq məsələlərinin digər əhəmiyyətli məsələ olduğunu vurğulayaraq bununla bağlı Auditorlar Palatası tərəfindən yoxlama qaydalarının hazırlandığını və münasibət bildirilməsi üçün Maliyyə Monitorinqi Xidmətinə (bundan sonra -MMX) göndəriləcəyini bildirib.
Kifayət Nəsirli iclasın gündəliyi üzrə əsas məsələyə toxunaraq MMX-nin auditor rəyinə dair təkliflərinin audit xidmətləri üzrə standartlara əlavə edilməsinin mümkün olub-olmadığını soruşub. E.İbrahimov isə həmin rəyin metodiki göstəriş kimi auditorlara təqdim edilməsi və ya kənar audit mexanizminin qurulması üzrə hazırlanacaq audit proqramına daxil edilməsinin mümkün olduğunu bildirib.
Sonra K.Nəsirli Auditorlar Palatası tərəfindən sahəvi risk qiymətləndirilməsinin keçirilməsi və bu qiymətləndirmənin hansı metodologiyaya aid olduğuna dair suallar ünvanlayıb. E.İbrahimov bildirib ki, auditorlar müəyyən risk qruplarına bölünmüşdür və həmin risk qruplarına uyğun olaraq nəzarət yoxlamaları keçiriləcəkdir. Həmçinin istinad sənəd olaraq MMX tərəfindən hazırlanmış metodologiyadan istifadə edilmişdir. Belə ki, Auditorlar Palatası tərəfindən göstəriş verilmiş müfəttişlər yoxlamanı həyata keçirəcək və Palataya bu barədə məlumat verəcəkdir.
Son olaraq E.İbrahimov müraciət edərək yaxın zamanda təsdiq ediləcək yoxlama qaydalarına dair maarifləndirmə tədbirlərinin görülməsinə başlanılacağını və bu işdə MMX-dən müvafiq əməkdaşın təlimçi qismində bu prosesdə iştirakının məqsədəmüvafiq olduğunu bildirib.
İclasın yekununda aşağıdakı istiqamətlər üzrə birgə fəaliyyətin görülməsi razılaşdırılıb:
Azərbaycan Respublikasının Auditorlar Palatası