2024-cü il 18 aprel tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Kooperasiya Universitetinin birgə təşkilatçılığı ilə gənclərin auditor peşəsinə marağının artırılması və bu sahədə biliklərinin yüksəldilməsi məqsədi ilə görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev və Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən və gənclərə verəcəyi töhfədən bəhs ediblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Azərbaycan Kooperasiya Universiteti arasında əvvəlcədən razılıaşdırılmış Əməkdaşlıq Sazişi imzalanıb. İmzalanmış Əməkdaşlıq Sazişinin məqsədi kadrların hazırlanması, yenidən hazırlanıması və ixtisaslarının artırılması, maliyyə, mühasibat uçotu və audit sahələrində elmi tədqiqatların birgə aparılması, qarşılıqlı məsləhətləşmə və ekspertizaların həyata keçirilməsi, informasiya mübadiləsi, hər iki qurumun regional və beynəlxalq müstəvidə mövcud əlaqələrindən qarşıqlıqlı istifadə edilməsi və inkişaf etdirilməsi kimi mühüm əsas məsələlər olub. Ümidvarıq ki, imzalanmış Əməkdaşlıq Sazişi ölkədə iqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit üzrə gənc və peşəkar kadrların hazırlanmasına öz töhfəsini verəcəkdir.
Daha sonra Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “Yeni dövrün çağırışları nəzərə alınmaqla auditin rolu” mövzusunda çıxış edib.
Sonda universitetin professor, müəllim və tələbə heyəti tərəfindən auditor peşəsinə dair ünvanlandırılmış suallar Auditorlar Palatasının nümayəndələri tərəfindən cavablandırılıb.
Tədbirdə Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, Sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova, Auditin təşkili və təhlili şöbəsinin müdiri Nigar İsmayılova, Auditorların ixtisasartırması və peşə təhsili üzrə komitənin sədri, sərbəst auditor İlham Suleyman, Auditorlar Palatası Şurasının üzvü, Sərbəst auditor Altay Cəfərov, “SR Audit Solutions” MMC-nin direktor-auditoru Səftər Vəlizadə, Təkilati-texniki təminat şöbəsinin müdir müavini Novruz Novruzov, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməşinə qarşı mübarizə şöbəsinin baş mütəxəssisi Hilal Məmmədli və Universitetin professor-müəllim heyəti, tələbələri iştirak ediblər.
Qalareya