Auditorlar Palatasının 2024-cü il üzrə iş planının 8.7-ci “Palatada fəaliyyət göstərən “Dəyirmi masa”, təşkil olunan seminar, konfrans və s. tədbirlərdə Palatanın üzvlərinin iştirakının monitorinqi” bəndinə və Sizin 2022-ci il 12 yanvar tarixli 1/2 nömrəli “Auditorlar Palatasında keçiriləcək tədbirlərin (konfranslar, simpoziumlar, “dəyirmi masa”lar, seminarlar, ustad dərsləri və s.) təşkili və təşviqi barədə” Sərəncamınızın 5-ci bəndinə uyğun olar 2024-cü ilin I rübü ərzində Palata üzvlərinə peşə fəaliyyətlərində dəstək göstərilməsi məqsədilə Auditorlar Palatasının təşkil etdiyi “Dəyirmi masa”, seminar və ustad dərslərində Palata üzvlərinin iştirakının monitorinqi aparılmışdır.
Monitorinqin nəticəsinə əsasən 2024-cü ilin I rübü ərzində Auditorlar Palatasında bir ustad dərsi və 11 onlayn seminar keçirilmişdir (eyni tarixlərdə olan mövzular birləşdirilmişdir). Ümumilikdə 160 auditor təşkilatından 29-u (18%), 69 sərbəst auditordan 9-u (13%) keçirilmiş seminar və ustad dərslərinin hər birində iştirak etmiş, 70 (44%) auditor təşkilatı və 33 (47%) sərbəst auditor isə heç birində iştirak etməmişdir. Palata üzvlərinin tədbirlərdə iştirak vəziyyətini göstərən siyahıları baxılması üçün siyahılar əlavə olunur. (SİYAHI 1), (SİYAHI 2), (SİYAHI 3), (SİYAHI 4), (SİYAHI 5), (SİYAHI 6)