1989-cu il oktyabrın 16-da Bakı şəhərində anadan olmuşdur
1996-2007-ci illərdə Bakı şəhəri 132 nömrəli orta ümumtəhsil məktəbində təhsil almışdır
2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsinə daxil olmuş və 2011-ci ildə Bakalavr təhsilini bitirmişdir
2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə təhsilini davam etdirmiş və 2013-cü ildə Magistr təhsilini bitirmişdir
2009-cu il noyabrın 9-dan 2011-ci ilin sonunadək Azərbaycan Respublikası Auditorlar Palatasının İnformasiya texnologiyaları bölməsində baş mütəxəssis, Maliyyə və informasiya təminatı idarəsində məsləhətçi vəzifələrində çalışmışdır
2012-2014-cü illərdə “Bank of Baku” ASC, “Access Bank” ASC-də müxtəlif vəzifələrdə çalışmışdır
2014-cü il dekabrın 1-də Auditorlar Palatası sədrinin müşaviri vəzifəsinə təyin olunmuşdur
2019-cu il fevralın 22-dən hal-hazıradək Azərbayan Respublikası Auditorlar Palatasının Şurası yanında Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitənin sədridir
2019-cu ildə Auditorlar Palatası tərəfindən “Fəxri Fərman”la təltif edilmişdir
2021-ci ildə Auditorlar Palatası tərəfindən “Fəxri Auditor” döş nişanı ilə təltif edilmişdir
2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür
Qalareya