
Mustafayev Vüqar Vəli oğlu – 30.01.1979-cu il tarixdə Şəki şəhərində anadan olmuşdur. Ümumi təhsilimi Şəki şəhər 9 nömrəli beynəlmiləl tam orta məktəbdə almışdır. Ali təhsilimi 1997-2001 ci il tarixlərdə Azərbaycan Dövlət İqtisad Universitetində davam etdirib. 2001-2002 ci ildə həqiqi hərbi xidmətə çağrılmış, vətən borcunu yerinə yetirdikdən sonra tərxis olunmuşdur. 2002-ci il tarixdən etibarən müxtəlif müəssisələrdə mühasib, baş mühasib və daxili audit vəzifələrində çalışmışdır. 2020-ci ildə mühasibat xidməti sektorunda öz müəssisəmi təsis etmişdir. 2023-cü ildə Güvən Audit MMC müstəqil audit təşkilatını təsis etmiş və hal-hazırda auditor kimi fəaliyyət göstərir. Ailəlidir, üç uşağı var.
Qalareya