2024-cü ilin 05 mart tarixində “Qeyri-maliyyə hesabatlarının auditinin aparılmasına dair metodik vəsait” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) və “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər” barədə (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov) seminar keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını, üzvlərini salamlayaraq “Qeyri-maliyyə hesabatlarının auditinin aparılmasına dair metodik vəsait” haqqında məlumat verərək bildirdi ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf konsepsiyası”ndan (2021-2030-cu illər) irəli gələn vəzifələrin, Auditorlar Palatasının 2023-cü il üzrə iş planının 1.2.2-ci “Qeyri-maliyyə hesabatlarının auditinin aparılmasına dair metodik göstərişin hazırlanması” bəndinin icrasını təmin etmək, habelə müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə “Qeyri-maliyyə hesabatlarının auditinin aparılmasına dair metodik vəsait” hazırlanmış və Palata Şurasının 2023-cü il 14 dekabr tarixli 361/7 nömrəli qərarı ilə bəyənilmişdir.
Qeyri-maliyyə hesabatının məqsədi maraqlı tərəflərin informasiya ehtiyaclarını və sorğularını ödəmək üçün təşkilatların iqtisadi, ekoloji, sosial aspektlər və idarəetmə sistemləri üzrə fəaliyyətləri haqqında dolğun, tam, vaxtında, dəqiq, balanslaşdırılmış, müqayisə edilə bilən, etibarlı və obyektiv məlumatlarla təmin etməkdir. Bu məlumatlara əsaslanaraq, maraqlı tərəflər müəsisə və təşkilatlarda idarəetmənin keyfiyyətini və qəbul etdikləri qərarları, ətraf mühitə və cəmiyyətə təsirini, təşkilatların davamlılığını qiymətləmdirə bilərlər. Eyni zamanda ictimai qeyri-maliyyə hesabatlarına daxil edilən qeyri-maliyyə göstəriciləri həm cari təcrübədə, eləcə də gələcəkdə maraqlı tərəflərin iqtisadi qərarlar qəbul etməsinə əhəmiyyətli təsir edə bilər.
Metodik vəsait aşağıdakı 5 bölmədən ibarətdir:
Qeyri-maliyyə hesabatlarının auditinin aparılmasına dair hazırlanmış metodik vəsaitin tətbiqi misallarla şərh edilmişdir.
Sonra Q. Bayramov daha sonra sözü məruzəçi Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova verdi. N.Talıbov Qeyri-maliyyə hesabatlarının auditinin aparılmasına dair hazırlanmış metodik vəsaitin bölmələri haqqında ətraflı məlumat verərək, bildirdi ki, ölkəmizdə qeyri-maliyyə hesabatlarının tətbiqinə dair normativ akt yoxdur və həmin hesabatların forması müəyyən edilməmişdir. Buna baxmayaraq bir sıra iri müəssisə və təşkilatlar tərəfindən sərbəst formada və məzmunda, adətən illik hesabatlar tərtib edilir. Bu hesabatlar məzmununa görə inteqrə olunmuş hesabatlar olmaqla:
-Həm maliyyə, həm də qeyri-maliyyə məlumatlarını özündə cəmləşdirir;
-Daha çox müəssisənin (təşkilatın) nizamnamə (əsasnamə) öhdəliklərinin yerinə yetirilməsini əks etdirir;
- Beynəlxalq təcrübədə rast gəlinən göstəricilərin (ekoloji, sosial və s) hamısını tam əhatə etmir.
Hal hazırda qeyri-maliyyə hesabatlarının daha çox tətbiq olunan növləri aşağıdakılardır:
davamlı inkişaf sahəsində fəaliyyətlər haqqında hesabat (korporativ sosial məsuliyyət hesabatı, hərtərəfli sosial hesabat) - sosial məsuliyyətin mühüm məsələləri üzrə təşkilatların fəaliyyətinin yanaşmalarını və nəticələrini hərtərəfli əks etdirən məlumatları özündə əks etdirən geniş maraqlı tərəflərə yönəlmiş sənəd. və davamlı inkişaf, iqtisadi, ekoloji, sosial aspektlər və idarəetmə sistemləri daxil olmaqla, məsuliyyətli biznes təcrübələrini xarakterizə edir. Belə hesabatlar hazırlanarkən beynəlxalq standartlardan, o cümlədən GRI təlimatlarından geniş istifadə olunur. Hesabatda açıqlanan mövzuları seçərkən Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin prinsiplərinin müddəaları rəhbər rol oynaya bilər;
illik hesabat - təşkilatın hesabat ilində fəaliyyətinin nəticələrinə xüsusi diqqət yetirən və (mümkünsə) hüquqi formasını, qiymətli kağızlar bazarında mövcudluğunu, səhmdarlar bazarında mövcudluğunu nəzərə alaraq genişləndirilmiş məlumat toplusunu özündə əks etdirən, səhmdarlara yönəldilmiş sənəd. Bu Hesabatda. İllik hesabatlar hazırlanarkən normativ hüquqi aktların tələbləri, habelə korporativ idarəetməyə dair sənədlərin müddəaları, davamlı inkişaf, sosial məsuliyyət və ictimai qeyri-maliyyə hesabatı məsələlərini tənzimləyən sənədlərdən də istifadə edilə bilər;
inteqrasiya edilmiş hesabat - müxtəlif elementlər arasındakı əlaqəni əks etdirən, biznes modelini xarakterizə edən və ilk növbədə investorlara yönəldilmiş sənəd. İnteqrasiya edilmiş hesabat təşkilatın fəaliyyəti haqqında maliyyə və qeyri-maliyyə məlumatları hərtərəfli açıqlayır.
Ölkəmizdə qeyri-maliyyə hesabatlarının tətbiqinə dair normativ aktın olmaması və həmin hesabatların formasının müəyyən edilməməsi belə hesabatların yoxlanılmasında xüsusi yanaşma tələb edir. Belə ki, əgər belə yoxlama ISAE-3000 "Tarixi Maliyyə Məlumatlarının Auditi və Təhlillərindən başqa təsdiqləmə tapşırıqları " və ISAE-3410 "İstixana qazları haqqında hesabat üzrə təsdiqləmə tapşırıqları " BASlarına müvafiq olaraq aparılarsa bu proses audit hesab edilir. Əgər sifarişçi tərəfindən BASlardan fərqli standartların və ya qaydaların tətbiqi şərt kimi qoyularsa bu yoxlama verifikasiya sayılır. Bu metodiki vəsait yalnız BASların tətbiqinə dair auditi ehtiva edir.
Daha sonra Q.Bayramov “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər” barədə seminar haqqında məlumat verərək sözü məruzəçi, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimova verdi.
E.İbrahimov
Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 69 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası