Auditorlar Palatasında Mixaylova Lyudmila İvanovnanın təqaüdə çıxması ilə əlaqədar tədbir keçirilib

Auditorlar Palatasında 2024-cü ilin 01 mart tarixində Mixaylova Lyudmila İvanovnanın təqaüdə çıxması ilə əlaqədar tədbir keçirilib.

Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov tədbiri açıq elan etdikdən sonra Auditorlar Palatasının Maliyyə və Texniki Təminat idarəsinin Təşkilati-texniki təminat şöbəsinin əməkdaşı, Həmkarlar İttifaqının üzvü Mixaylova Lyudmila İvanovnanın təqaüdə çıxması münasibətilə təbrik edərək, onun həyat fəaliyyətindən geniş danışaraq işlədiyi kollektivdə daim şərəflə çalışdığını və həmin kollektivin böyük hörmətini qazandığını vurğulayıb.

V.Novruzov qeyd edib ki, Lyudmila İvanovna bizim kollektivdə 1996-cı ildən çalışır və işlədiyi müddətdə qüsursuz, öz səliqə-səhmanı ilə Palatanın əməkdaşları arasında böyük öz layiqli yerini tutmuşdur.

V.Novruzov Lyudmila İvanovanovnaya göstərdiyi xidmətlərə görə təşəkkür edərək, ona gələcək həyatında uğurlar arzulayıb.

Tədbirdə eyni zamanda Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov, Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, Aparatın rəhbəri Qəşəm Bayramov, sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, sədrin müşaviri Fəqan Qarayev və Təşkilati-texniki təminat şöbəsinin müdiri Nazim İsmayılov da çıxış edərək Lyudmila İvanovnanın səmərəli əmək fəaliyyətindən danışmış, onun səmimi və mehriban iş yoldaşı, əməkdaş olduğunu bildirərək, ona gələcək həyatında can sağlığı, uzun ömür, xoşbəxtlik arzulayıblar.

Sonda Mixaylova Lyudmila İvanovna ona göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə Palatanın rəhbərliyinə dərin təşəkkürünü bildirərək, Palata kollektivinin hər zaman onun üçün doğma olaraq qalacağını bildirib.