2024-cü ilin 29 fevral tarixində “Auditin sənədləşdirilməsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, "EKOL AUDIT" MMC-nin auditoru İslam Bayramov) mövzusunda ustad dərsi keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını, üzvlərini salamlayaraq “Auditin sənədləşdirilməsi” mövzusunda ustad dərsi haqqımda məlumat verərək bildirdi ki, 230 saylı “Auditin sənədləşdirilməsi” beynəlxalq audit standartı (BAS) maliyyə hesabatlarının auditi üçün audit sənədlərinin hazırlanması ilə bağlı auditorun məsuliyyətindən bəhs edir.
Bu BAS-ın tələbləri aşağıdakılardır:
Bu BAS-ın tələblərinə və digər müvafiq BAS-ların sənədləşdirmə ilə bağlı xüsusi tələblərinə uyğun olaraq, auditin sənədləşdirilməsi aşağıdakıları təmin edir:
(a) Auditorun ümumi məqsədlərinə nail olması barədə çıxarılmış nəticəyə dair auditor tərəfindən göstərilən əsasın sübutu; habelə
(b) Auditin BAS-lara və tətbiq olunan qanun və qaydaların tələblərinə müvafiq şəkildə planlaşdırılıb aparılmasına dair sübut.
Auditin sənədləşdirilməsi bir sıra əlavə məqsədlərə, o cümlədən aşağıdakı məqsədlərə xidmət edir:
• Tapşırıq qrupuna auditin planlaşdırılmasında və yerinə yetirilməsində yardım.
• Tapşırıq üzrə tərəfdaşa audit işini idarə etməkdə və ona nəzarət etməkdə, habelə 220 saylı BAS-a müvafiq olaraq keyfiyyətə nəzarətlə bağlı öhdəliklərini yerinə yetirməkdə yardım
Auditorun məqsədi aşağıdakıları təmin edən sənədlərin hazırlanmasıdır:
(a) Auditor hesabatının əsaslandığı bazanın yetərli münasib şəkildə yazılı əsaslandırılması; habelə
(b) Auditin BAS-lara və tətbiq olunan qanun və qaydaların tələblərinə uyğun şəkildə planlaşdırılıb aparılmasına dair sübut.
Q. Bayramov daha sonra sözü məruzəçilərə Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova və "EKOL AUDIT" MMC-nin auditoru İslam Bayramova verdi.
Məruzəçilər bildirdilər ki,
Audit sənədləşdirməsinin forması, məzmunu və həcmi
A8-A11)
|
BAS |
Auditor hesabatının təqdim olunduğu tarixdən sonra ortaya çıxan məsələlər
sonra yeni və ya əlavə audit prosedurlarını yerinə yetirirsə və ya
yeni nəticələr çıxarırsa, auditor aşağıdakıları sənədləşdirməlidir:
(İst: Paraq. A20)
Yekun audit fayllarının toplanması
faylının toplanması üzrə inzibati prosesi auditorun hesabatının
təqdim olunduğu tarixdən sonra müəyyən edilmiş vaxtda tamamlamalıdır. (İst: Paraq. A21-A22)
Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 94 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası