Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2024-cü il 21 fevral tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.

 Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında komitələrin və komissiyanın 2023-cü ilin yekunlarına dair hesabatları, Əsasnamələrinin və 2024-cü il üzrə iş planlarının təsdiq edilməsi barədə;

2. 2023-cü ildə auditor təşkilatlarının və sərbəst auditorların apardıqları auditlərin keyfiyyətinə kənar nəzarətin vəziyyətinə dair icmal-təhlilin hazırlanması barədə;

3. Rusiya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının idarə heyətinin sədri İqor Aleksandroviç Kozırevə Auditorlar Palatasının “Fəxri üzvü” statusunun verilməsi barədə;

4. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 30 illiyinə həsr olunmuş, habelə yeni dövrün çağırışları və ölkə Prezidenti tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi zəminində şəffaflıq, hesabatlılıq və audit problemlərinin müzakirəsinə həsr edilmiş beynəlxalq elmi-praktik konfransın keçirilməsi barədə;

5. Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agenliyi arasında Əməkdaşlıq Sazişinin imzalanması barədə;

6. Azərbaycan Respublikası Auditorlar Palatasının 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılmasına dair kənar auditorun seçilməsi barədə;

7. Azərbaycan Respublikası Auditorlar Palatasının 2024-cü il üzrə iş planının 8.12-ci “İcazəli auditoru olmayan auditor təşkilatlarının fəaliyyətinin monitorinqi” bəndinə uyğun olaraq Auditin təşkili və hesabatlılıq idarəsi tərəfindən aparılan monitorinq barədə.

Müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilmişdir.