Auditorlar Palatasında 2024-cü ilin 19 yanvar tarixində Auditorlar Palatasının Şurası yanında komitələrin və komissiyanın rəhbərləri ilə onlayn görüş keçirilib.
Görüşü giriş sözü ilə Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov açaraq komitələrin və komissiyanın rəhbərlərini salamlayıb və onlara yeni iş ilində uğurlar arzulamaqla bərabər, Palatanın Şurası yanında ictimai vəzifələr tutmaları münasibəti ilə təbrik edib və işlərində uğurlar arzulayıb. O, görüşün əhəmiyyətindən danışaraq qarşıda duran vəzifələr, problemlər və perspektivlər barədə ətraflı məlumat verib.
S.Gülməmmədov komitələrin və komissiyanın yeni tərkibi barədə məlumat verərək qeyd edib ki, sədrlər, müavinlər və üzvlər Auditorlar Palatasının peşəkar üzvlərindən seçilərək formalaşdırılıb. Ona görə də bir daha onların öz işlərinə ciddi yanaşmağı və məsuliyyətlərini artırmağı vurğulayıb. O, bildirib ki, komitələr və komissiya bir-biriləri ilə əlaqələrini genişləndirməlidir.
Eyni zamanda komitələrin və komissiyanın rəhbərlərinə tapşırılıb ki, il ərzində fəallıq göstərən üzvlərin əməyinin qiymətləndirilməsi üçün müraciət təqdim edilsin.
S.Gülməmmədov əlavə olaraq qeyd edib ki, Auditorlar Palatasının 2024-cü il üzrə iş planında bir sıra tədbirlərin icrası struktur bölmələrlə birlikdə komitələrə və komissiyaya da tövsiyə edilib.
Sonra S.Gülməmmədov sözü Palata Şurası yanında komitələrin və komissiyanın fəaliyyətinə məsul olan Aparatın rəhbəri Qəşəm Bayramova verib.
Q.Bayramov komitələrin və komissiyanın ötən ilki fəaliyyətindən bəhs edib və cari il üçün formalaşmış yeni komitələr, habelə ümumilikdə onların vəzifələrindən danışıb.
Q.Bayramov qeyd edib ki, Auditorlar Palatası Şurasının «Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında komitələrin və komissiyanın yeni strukturunun və tərkibinin təsdiq edilməsi barədə» 2023-cü il 28 dekabr tarixli 362/2 nömrəli qərarı ilə komitələrin və komissiyanın rəhbərlərinə tapşırılıb ki, bir ay müddətində komitələrin və komissiyanın əsasnamələrini və 2024-cü il üzrə iş planlarının layihələrini hazırlayıb təsdiq edilməsi üçün Palatanın rəhbərliyinə təqdim etsinlər.
Q.Bayramov komitələrin və komissiyanın rəhbərlərinə tövsiyə edib ki, Əsasnamələrin və 2024-cü il üzrə iş planlarının layihələrini yeni dövrün çağırışları, Azərbaycan Respublikasının audit və digər qanunvericilik aktlarının, Beynəlxalq Audit Standartlarının, Peşəkar mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), Auditorlar Palatasının normativ sənədlərinin tələbləri nəzərə alınmaqla fəaliyyət istiqamətlərinə uyğun hazırlasınlar.
Sonra komitələrin və komissiyann rəhbərləri (E.Əliyev, Q.Əhmədov, F.Qarayev, İ.Süleyman, Ə.Aslanov, N.Abbaslı, A.Bayramov, E.Qurbanov, K.Hüseynov) çıxış edərək onlara göstərilən etimada və bu görüşün keçirilməsinə görə Auditorlar Palatasının rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Onlar ilk növbədə Palatanın rəhbərliyi tərəfindən göstərilən etimadı doğruldacaqlarını və ölkədə auditor xidmətinin inkişafına öz töhfələrini verəcəklərini əminliklə ifadə ediblər.
Sonda komitələrin və komissiyanın rəhbərlərinin təklifləri nəzərə alınaraq, il ərzində görüləcək işlərin operativ həllində müvafiq qərarların qəbul edilməsi üçün bu tipli görüşlərin mütəmadi keçirilməsi qənaətinə gəlinib.

Azərbaycan Respublikasının Auditorlar Palatası
Qalareya