Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2023-cü il 14 dekabr tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.

Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2024-cü il üzrə iş planı barədə;

2. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında komitələrin və komissiyanın yeni strukturunun və tərkibinin təsdiq edilməsi barədə;

3. “Audit. Qanunvericilik və normativ sənədlər" toplusunun 11-ci cildi barədə;

4. Sosial auditin aparılmasına dair metodik göstəriş barədə;

5. Azərbaycan Respublikası Auditorlar Palatasının risk əsaslı yanaşma əsasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə 3 illik sahəvi nəzarət Strategiyası barədə;

6. Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2021-ci il 12 iyul tarixli 332/7 nömrəli qərarı ilə təqsdiq edilmiş “İctimai əhəmiyyətli qurumlarda və publik hüquqi şəxslərdə maliyyə hesabatlarının auditini aparan kənar auditorlara qarşı xüsusi tələblər”ə dair arayış barədə;

7. Qeyri-maliyyə hesabatlarının auditinin aparılmasına dair metodik göstəriş barədə;

8. Auditin aparılması üzrə proqram təminatının hazırlanması barədə;

9. Azərbaycan Respublikasının Auditorlar Palatası Qadınlar Şurasının yaradılması və tərkibinin təsdiq edilməsi barədə;

10. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditor xidməti göstərən şəxslər qarşısında yaratdığı öhdəliklərin yerinə yetirilməsi istiqamətində auditorların fəaliyyətlərinə Azərbaycan Respublikası Auditorlar Palatasının öz səlahiyyətləri çərçivəsində nəzarətin təşkili üzrə Metodik Göstəriş” barədə;

11. 2023-cü il ərzində səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan auditlərin vəziyyətinə dair arayış və həmin auditlərin keyfiyyətinin artırılması barədə.