“Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Beynəlxalq Audit və Təsdiqləmə Standartları Şurasının (IAASB) kiçik auditor təşkilatları üçün nəzərdə tutulmuş keyfiyyətin idarə edilməsi standartlarının hazırlanmış nəşrinin 1-ci və 2-ci hissəsinə dair metodik vəsaitlərin tətbiqi” mövzusunda seminar keçirilmişdir

2023-cü ilin 31 oktyabr tarixində “Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Beynəlxalq Audit və Təsdiqləmə Standartları Şurasının (IAASB) kiçik auditor təşkilatları üçün nəzərdə tutulmuş keyfiyyətin idarə edilməsi standartlarının hazırlanmış nəşrinin 1-ci və 2-ci hissəsinə dair metodik vəsaitlərin tətbiqi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov)  mövzusunda seminar keçirildi.

Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Beynəlxalq Audit və Təsdiqləmə Standartları Şurasının (IAASB) kiçik auditor təşkilatları üçün nəzərdə tutulmuş keyfiyyətin idarə edilməsi standartlarının hazırlanmış nəşrinin 1-ci və 2-ci hissəsinə dair metodik vəsaitlərin tətbiqi” barədə danışdı.

Q.Bayramov bildirdi ki, Azərbaycan Respublikası Auditorlar Palatasının 2023-cü il üzrə iş planının 3.1-ci “Beynəlxalq Audit Standartlarına edilmiş son dəyişliklərin tərcüməsi, redaktəsi və nəşri” bəndinə və Palata sədrinin 2023-cü il 13 iyul tarixli 1/13 nömrəli sərəncamı ilə təsdiq etdilmiş “Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Beynəlxalq Audit və Təsdiqləmə Standartları Şurasının (IAASB) kiçik auditor təşkilatları üçün nəzərdə tutulmuş keyfiyyətin idarə edilməsi standartlarının hazırlanmış nəşrinin 1-ci və 2-ci hissəsinə dair metodik vəsaitlərin tətbiqi ilə əlaqədar təkliflərin müvafiq icraçılar tərəfindən reallaşdırılmasına dair Plan-qrafik”ə uyğun olaraq metodik vəsaitlərin “Keyfiyyətin idarə edilməsi üzrə standartlar seriyası: kiçik şirkətlərdə tətbiqetmə”nin 1-ci hissəsi: Keyfiyyətin idarə edilməsi üzrə standartlara hazırlaşmağın vaxtıdır” və 2-ci hissəsi: “Təfərrüatlı icra planının hazırlanması” ingilis dilindən Azərbaycan dilinə tərcümə və redaktə edilmiş və Auditorlar Palatasının internet səhifəsinin “Beynəlxalq Audit Standartları” bölməsində yerləşdirilmiş və “Auditorun şəxsi kabineti” sistemi vasitəsi ilə auditor təşkilatlarına və sərbəst auditorlara göndərilmişdir.

Həmin Plan-qrafik”in 5-ci bəndində metodik vəsaitlərin tətbiqi ilə əlaqədar cari ilin oktyabr ayında seminarın keçirilməsi, 6-cı bəndində isə 2023-cü il ərzində metodik vəsaitlərin tətbiqi ilə əlaqədar müvafiq mövzuların auditorların ixtisasartırma kursunun tədris proqramına daxil edilməsi nəzərdə tutulmuş və icrası təmin edilmişdir.

Metodik vəsaitin 1-ci “Keyfiyyətin idarə edilməsi üzrə yeni standartlara hazırlamağın vaxtıdır” hissəsi 16 bölmədən və 28 səhifədən ibarətdir.

Metodik vəsaitin 2-ci hissəsi: “Təfərrüatlı icra planının hazırlanması” hissəsi 36 bölmədən və 68 səhifədən ibarətdir.

2020-ci ilin dekabr ayında Beynəlxalq Audit və Təsdiqləmə Standartları Şurası (IAASB) şirkətin keyfiyyətin idarə edilməsinə yanaşmasını gücləndirən və müasirləşdirən keyfiyyətin idarə edilməsi üzrə üç yeni və düzəliş edilmiş standartı nəşr etdirmişdir:

• “Maliyyə hesabatlarının auditini və ya təhlilini, yaxud digər təsdiqləmə və ya əlaqəli xidmətlər üzrə tapşırıqları yerinə yetirən şirkətlərdə keyfiyyətin idarə edilməsi” Beynəlxalq Keyfiyyətin İdarə Edilməsi Standartı (ISQM 1) (əvvəl 1 saylı Beynəlxalq keyfiyyətə nəzarət standartı),

• 2 saylı “Tapşırığın keyfiyyətinin təhlili” BKİS və

• BAS 220 (Düzəliş edilmiş) “Maliyyə hesabatları auditinin keyfiyyətinin idarə edilməsi”.

Şirkətiniz üçün fərdiləşdirilmiş keyfiyyəti idarəetmə sistemi (KİS) 15 dekabr 2022-ci il tarixinədək tətbiq olunmalı və şirkətinizin xüsusiyyəti və şərtləri əsasında hazırlanmalıdır. 2022-ci il 15 dekabr tarixindən sonra bir il ərzində,  yəni 2023-cü il 15 dekabr tarixinə qədər həyata keçirilməsi tələb olunur.

KİS-in faydaları keyfiyyət risklərinin düzgün müəyyən edilməsi və qiymətləndirilməsi, həmçinin müvafiq və xüsusi cavab tədbirlərinin layihələndirilməsi, tətbiq edilməsi və istifadə edilməsidir.

1 saylı BKİS şirkətinizin KİS-in müxtəlif komponentləri üçün keyfiyyətin təmin edilməsi ilə bağlı xüsusi məqsədləri ehtiva edir ki, keyfiyyətin idarə edilməsində səmərəli olan KİS-ə sahib olmaq üçün şirkət tərəfindən hansı nəticələrə nail olunması lazım olduğu aydın olsun. Şirkətinizdən özünün xüsusi kontekstində 1 saylı BKİS-də sadalanan aşağıdakı komponentlər üçün göstərilən keyfiyyətin təmin edilməsi ilə bağlı məqsədləri müəyyən etmək tələb olunur:

1. İdarəçilik və ali rəhbərlik

2. Müvafiq etik normalar

3. Sifarişçilərin və xüsusi tapşırıqların qəbulu və davamlılığı

4. Tapşırığın yerinə yetirilməsi

5. Resurslar: İnsan resursları, əqli resurslar və texnoloji resurslar, o cümlədən xidmət təminatçıları

6. Məlumatlar və məlumatvermə

Tapşırığın yerinə yetirilməsi. Bu komponent, aşağıdakılar da daxil olmaqla, keyfiyyət ilə bağlı tapşırıqların yerinə yetirilməsini əks etdirir:

• tapşırıq qrupu (qrupları) müvafiq peşəkar mühakimə yürüdürlər və tapşırığın növünə uyğun olduqda, peşəkar inamsızlıq tətbiq edirlər. 1 saylı BKİS-ə daxil edilən dəyişikliklərin icmalı təqdim edilir.

• tapşırıq qrupu (qrupları) və ya fərdi fəaliyyət göstərən mütəxəssis-praktik müvafiq hallarda tapşırığın idarə edilməsi və keyfiyyətin təmin edilməsi, habelə tapşırıq yerinə yetirilərkən yetərli və müvafiq şəkildə cəlb olunmasına görə tapşırıq üzrə tərəfdaşların ümumi məsuliyyəti də daxil olmaqla, tapşırıqlarla əlaqədar öz məsuliyyətlərini başa düşür və yerinə yetirirlər.

• müvafiq olduqda, tapşırıq qrupuna (qruplarına) rəhbərlik və nəzarətin xüsusiyyəti, müddəti və həcmi, habelə yerinə yetirilən işin təhlili tapşırıqların, tapşırıq qrupuna (qruplarına) ayrılmış və ya təqdim edilmiş resursların, habelə tapşırıq qrupunun daha az təcrübəsi olan üzvlərinin yerinə yetirdikləri işin müvafiq olduqda xüsusiyyətinə və şəraitinə əsasən uyğundur.

• zəruri hallarda, çətin və ya mübahisəli məsələlər üzrə məsləhətləşmələr aparılır və razılaşdırılmış nəticələr həyata keçirilir.

• tapşırıq qrupu daxilində və ya tapşırıq qrupu ilə tapşırığın keyfiyyəti üzrə müşahidəçi ekspert və ya şirkətinizin KİS-inin daxilində fəaliyyət göstərən şəxslər arasında fikir ayrılıqları mövcud olduqda şirkətin diqqətinə çatdırılır və həll edilir.

Daha sonra Q.Bayramov sözü məruzəçilər Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova, Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimova, Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədova verdi.

Məruzəçilər mövzu ətrafında çıxış edərək bölmələr haqqında geniş məlumat verdilər.

Məruzəçilər 1-ci bölmədən bəhs edərkən bildirdilər ki, Keyfiyyətin idarə edilməsi seriyası kiçik şirkətlərə 1 saylı BKİS-in, standartlar və düzəlişlərin tətbiqi ilə bağlı praktiki dəstək vermək üçün nəzərdə tutulmuşdur.

Peşəkar xidmətlərdə keyfiyyət lazımdır və ya şirkətinizdə hal-hazırda keyfiyyət mövcud deyildir. Bu peşə həmişə keyfiyyətə yönələrək ictimai maraqları qorumaqda ön sıralarda olmuşdur. Bundan əlavə, bir çox şirkətlər keyfiyyətin idarə edilməsində artıq “risk əsaslı” yanaşma tətbiq edirlər. Bununla belə, yeni olan odur ki, 1 saylı BKNS-in tələblərinə cavab vermək üçün indi keyfiyyət məqsədlərinə nail olmaq üçün risk əsaslı yanaşma və prosesin və ya “sistemin” sənədləşdirilməsi artıq tələb olunur.

KİS-in layihələndirilməsi, tətbiq edilməsi və istifadə edilməsi (o cümlədən monitorinqi) zamanı müəyyən xərclər olacaq, lakin bu xərc səmərəliliyin çoxalması və təhlükəsizlik hissi və keyfiyyət məqsədlərinə nail olması və ya keyfiyyət risklərinin “idarə olunması” ilə bağlı rahatlıq ilə balanslaşdırıla bilər.

KİS keyfiyyət risklərini aradan qaldırmayacaqdır. Məqsəd ağlabatan əminliyi əldə etməkdir, çünki mütləq əminlik son nəticədə əldə edilə bilməz, ona nail olmaq cəhdi ilə bağlı xərclər qadağanedici olacaqdır. Buna görə də, KİS-in şirkətinizdə tətbiq edilə biləcəyi və şirkətiniz üçün uyğunlaşdırılması üçün peşəkar mühakimə tələb olunur.

2-ci bölmədən bəhs edən məruzəçilər bildirdilər ki,1 saylı BKİS, maliyyə hesabatlarının auditi və ya təhlili, digər təsdiqləmə və ya əlaqəli xidmətlər üzrə tapşırıqlar daxil olmaqla, şirkət və onun tapşırıqları üçün KİS-in hazırlanması, tətbiqi və idarə olunması üzrə şirkətin öhdəliklərini əks etdirən standartdır.

Bu Seriyanın məqsədi: Keyfiyyətin idarəetmə seriyası kiçik şirkətlərə 1 saylı BKİS-in və müvafiq standart və düzəlişlərin tətbiqi ilə bağlı praktiki dəstək vermək üçün nəzərdə tutulmuşdur.

Bu nəşr praktiki tətbiq üçün məsləhətlər və təlimatlar vermək üçün nəzərdə tutulmuş üç hissədən ibarət seriyanın ikincisidir və aşağıdakıları əks etdirir:

• keyfiyyətin təmin edilməsi ilə bağlı məqsədlərinizin müəyyən edilməsi,

• keyfiyyət risklərinin qiymətləndirilməsi prosesinizin tamamlanması,

• həmin keyfiyyət riskləri üzrə mövcud cavab tədbirlərinin (həmçinin siyasət və/və ya prosedurlar, yaxud “nəzarət vasitələri” kimi tanınır) müəyyən edilməsi (və/və ya yenilərinin hazırlanması);

• KİS-nizin tətbiq edilməsi, sənədləşdirilməsi və onun haqqında məlumatvermə.

Üçüncü hissədə KİS-nizin monitorinqi və çatışmazlıqların aradan qaldırılması əks etdirilir.

Bu seriyada “kiçik şirkətlər” adlandırılacaq şirkətlər üçün müzakirələr və əyani vəsaitlər əhatə edilir. “Şirkət” termini müəyyən edilərkən fərdi fəaliyyət göstərən mütəxəssis-praktiki də əhatə edilmişdir. Kiçik şirkətlər müxtəlif ölçülərdə olur və müxtəlif strukturlar altında fəaliyyət göstərirlər. Müxtəlif imkanların hamısını nəzərdən keçirmək mümkün olmayacaq, lakin bu seriyada aşağıdakı mümkün senarilər nəzərdən keçirilir:

· işçiləri olmayan fərdi fəaliyyət göstərən mütəxəssis-praktik

· işçiləri olan fərdi fəaliyyət göstərən mütəxəssis-praktik

· işçiləri və 2-5 tərəfdaşı olan şirkət

Bu seriyadakı bütün müzakirələrdə və nümunələrdə şirkətin auditor yoxlamalarını, təhlilləri və əlaqəli xidmətləri tamamlayacağı ehtimal edilir. Əgər şirkətiniz auditor yoxlamalarını həyata keçirmirsə, məsələn, siz öz KİS-nizdə şirkətinizin əlavə tapşırıq növlərini əks etdirmək üçün 1 saylı BKİS-ə daxil edilmiş keyfiyyətin təmin edilməsi ilə bağlı məqsədləri və riskləri sadələşdirə biləcəksiniz.

Bu seriyada listinq subyekti olan müəssisələrə xidmət göstərən və ya şirkətlər şəbəkəsinin üzvü olan şirkətlərlə əlaqəli məsələlər əhatə edilməyəcəkdir. Bu seriyada özəl müəssisələrə xidmət göstərən müstəqil şirkətlərə diqqət yetiriləcəkdir. Bununla belə, əgər şirkətiniz şəbəkənin bir hissəsidirsə və ya hesab edilə bilərsə, 1 saylı BKİS standartın məqsədləri üçün şəbəkənin anlayışını, həmçinin şirkət şəbəkəyə aid olduqda və ya şəbəkə xidmətləri göstərdikdə xüsusi tələbləri ehtiva edir. Bütün şəbəkələrin eyni olmadığını qəbul etmək vacibdir və əgər şirkətiniz şəbəkənin üzvüdürsə, bu seriya sizin üçün faydalı ola bilər, lakin siz əlavə tələblər və təlimatlar üçün 1 saylı BKİS-ə də yönləndirilirsiniz.

Bu hissədə 1 saylı Beynəlxalq keyfiyyətə nəzarət standartından KİS-ə keçidi əks etdirmək üçün IFAC-ın Kiçik və orta şirkətlərdə keyfiyyətə nəzarət üzrə təlimatında (Üçüncü nəşr) verilən Marsel Muninin konkret halların təhlili təqib ediləcəkdir.

Bu hissədə monitorinq və çatışmazlıqların aradan qaldırılması müzakirə edilməyəcəkdir. Bu, seriyanın 3-cü hissəsində müzakirə olunacaqdır.

2-5 tərəfdaş şirkət KİS-in qiymətləndirilməsinin şirkətin KİS-də aparıcı vəzifələr və məsuliyyətlər həvalə edilmiş şəxslər üçün fəaliyyətin qiymətləndirmələrinə necə təsir göstərəcəyini nəzərdən keçirmək istəyə bilər. KİS-in qiymətləndirilməsi 3-cü hissədə müzakirə olunur, lakin vəzifələrin və məsuliyyətlərin həvalə edilməsi ilə bağlı qərar verərkən qabaqcadan düşünmək faydalı ola bilər.

Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.

Keçirilən seminarın mövzusu ilə ətraflı tanış olmaq məqsədilə Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 89 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası