Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2023-cü il 13 iyul tarixli 1/13 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Beynəlxalq Audit və Təsdiqləmə Standartları Şurasının (IAASB) kiçik auditor təşkilatları üçün nəzərdə tutulmuş keyfiyyətin idarə edilməsi standartlarının hazırlanmış nəşrinin 1-ci və 2-ci hissəsinə dair metodik vəsaitlərin tətbiqi ilə əlaqədar təkliflərin müvafiq icraçılar tərəfindən reallaşdırılmasına dair plan-qrafik”ə uyğun olaraq 2023-cü ilin 31 oktyabr tarixində saat 1000-da “Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Beynəlxalq Audit və Təsdiqləmə Standartları Şurasının (IAASB) kiçik auditor təşkilatları üçün nəzərdə tutulmuş keyfiyyətin idarə edilməsi standartlarının hazırlanmış nəşrinin 1-ci və 2-ci hissəsinə dair metodik vəsaitlərin tətbiqi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov) mövzusunda seminar keçiriləcəkdir.
Sizdən xahiş edirik ki, həmin seminarda fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09
Azərbaycan Respublikasının Auditorlar Palatası