Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2023-cü il 27 oktyabr tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu və vəzifələri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransın keçirilməsində məqsəd “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli, “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının  2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 783-VIQD nömrəli Qanunlarının qüvvəyə minməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli  3770 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın nəzarət qurumları və öhdəlik daşıyan şəxslər qarşısında yaratdığı yeni vəzifələrin icrası istiqamətində işgüzar müzakirələrin aparılması  və tövsiyələr hazırlamaqdan ibarət olub.Tədbirə ölkəmizin dövlət qurumlarını, aparıcı elm-təhsil müəssisələri, kütləvi-informasiya vasitələrini təmsil edən nümayəndələr, Auditorlar Palatasının kollektivi və üzvləri qatılıblar. Konfransı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri  Zaur Fətizadə və Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov açaraq konfransın əhəmiyyətindən bəhs ediblər. Konfransda həmçinin Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin direktoru Nurlan Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və  idarəedilməsi departamentinin direktoru, i.e.d, professor Zahid Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə Monitorinqi departamentinin 2-ci monitorinq şöbəsinin rəisi Vüsal Həsənov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Saleh Məmmədov, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşad Səmədzadə, İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin aparıcı məsləhətçisi Yusif Məmmədov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə, Auditorlar Palatasının üzvü, sərbəst auditor Şamxal Kərimov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü  Əliməmməd Nuriyev və “KPMG Audit Azərbaycan” MMC-nin Audit üzrə partnyoru Nəsibə Muradxanova məruzələrlə çıxış ediblər.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, habelə təqdim edilən materialların toplu şəklində nəşr etdirilməsi və tövsiyələrin hazırlanması qərara alınıb.

 

  

  

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

MƏTBUAT

AZƏRTAC

Maliyyə Monitorinqi Xidməti 

 

AZTV

 

REAL TV

 

 MİR TV