Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan islahatların mühüm istiqaməti kimi şəffaflığın artırılması, kölgə iqtisadiyyatına qarşı mübarizə və sahibkarlığın inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilməkdədir. Azərbaycan auditorları bu sahədə reallaşdırılan siyasətə yaxından dəstək olmaq məqsədilə sifarişçilərə göstərilən auditor xidmətinin keyfiyyətini yüksəltməklə, fəaliyyətimizdə auditorların peşə etikasına uyğun olmayan hərəkətlərə yol verməməklə, dempinq və haqsız rəqabət hallarına qarşı birgə mübarizə aparmaqla ölkəmizin iqtisadi qüdrətinin yüksəldilməsinə öz layiqli töhfələrini verirlər.
Azərbaycan Respublikasının Auditorlar Palatası auditor xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabət və dempinq hallarının aradan qaldırılması, keyfiyyətsiz auditor xidməti göstərilməməsi və auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir və son illərdə auditin tənzimlənməsi, təşkili, audit qanunvericiliyinin təkmilləşdirilməsi, auditor kadrlarının hazırlanması, auditin normativ-hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində beynəlxalq təcrübədən yararlanmaqla çoxsaylı tədbirlər həyata keçirib. Bu tədbirlər çərçivəsində Auditorlar Palatası beynəlxalq təcrübə nəzərə alınmaqla auditorların(auditor təşkilatlarının) reytinqinin müəyyənləşdirilməsi üzrə qaydaları yenidən təkmilləşdirib və Palata Şurasının 2022-ci il 15 fevral tarixli 340/4 nömrəli qərarı ilə təsdiq edilib. Bu məqsədlə həmin qaydaya uyğun olaraq auditorların (auditor təşkilatlarının) 2022-ci il üzrə reytinq səviyyələri müəyyən edilib və 2023-cü il 05 sentyabr tarixində reytinq üzrə yer tutmuş üzvlərə diplomların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə giriş nitqi söyləyən Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov iştirakçıları salamlayıb və tədbirin əhəmiyyətindən söz açıb. S.Gülməmmədov 2022-ci ilin nəticələri üzrə 1,2,3-cü yerləri tutmuş böyük dördlük, xarici ticarət nişanından istifadə edən auditor təşkilatları, yerli auditor təşkilatlarının nümayəndələrini və sərbəst auditorları təbrik edib, onlara auditor fəaliyyətində uğurlar diləyib.
S.Gülməmmədov qeyd edib ki, auditorların (auditor təşkilatlarının) reytinqinin müəyyənləşdirilməsi barədə Qayda Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olan auditorların (auditor təşkilatlarının) reytinqinin müəyyənləşdirilməsi məqsədi daşıyır və sistemdaxili istifadə üçün nəzərdə tutulub. Auditorun reytinqi – təsdiq olunmuş qaydanın məqsədləri üçün auditorların (auditor təşkilatlarının) öz fəaliyyətlərində əldə etdikləri nəticələrin, onların işgüzar nüfuzunun və auditorların peşəkarlıq səviyyəsinin ifadəsidir. Auditorların (auditor təşkilatlarının) reytinqi auditor xidməti ilə bağlı fərdi göstəricilərin əmsallarla ifadəsi metodundan istifadə olunmaqla Palatada fəaliyyət göstərən xüsusi komissiya tərəfindən müəyyənləşdirilib.
Reytinq cədvəlləri «Böyük dördlük», Beynəlxalq şəbəkə təşkilatlarının ticarət nişanlarından istifadə edən auditor təşkilatları, yerli auditor təşkilatları və sərbəst auditorlar üzrə ayrı tərtib edilib.
Reytinqin hesablanması üçün aşağıdakı meyar göstəricilərindən istifadə edilib:
- Auditor təşkilatlarının və sərbəst auditorlun iqtisadi göstəriciləri;
- Göstərilmiş auditor xidmətinin həcmi;
- Orta müqavilə məbləği;
- Məcburi auditlə bağlı olmayan müqavilələrin sayı (ədədlə);
- Auditor təşkilatlarının və sərbəst auditorların peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsi üzrə sorğunun yekunu;
- Auditor təşkilatlarının və sərbəst auditorların işgüzar nüfuzunun müəyyən edilməsi üzrə sorğunun yekunu.
S.Gülməmmədov son illərdə auditin tənzimlənməsi və təşkili barədə görülmüş işlərə dair geniş məlumat verib və Palatanın üzvlərini bu sahədə təklif və tövsiyələrini təqdim etməyə dəvət edib. Sonra qeyd edilən kateqoriyalara uyğun olaraq 1,2,3-cü yerləri tutmuş üzvlərə diplomlar və hədiyyələr təqdim olunub.
Təltif olunmuş üzvlər diqqətə və qayğıya görə Palatanın rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, gələcəkdə apardıqları audit zamanı Beynəlxalq Audit Standartlarına və qanunvericiliyin tələblərinə riayət edəcəklərinə söz vermiş, ölkəmizin iqtisadi qüdrətinin gücləndirilməsi istiqamətində öz töhfələrini verəcəklərini bildiriblər. Tədbirin sonunda üzvlərlə birlikdə xatirə şəkli çəkdirilib.
Reytinq üzrə yer tutmuş üzvlərin müvafiq kateqoriyalar üzrə siyahısını Sizə təqdim edirik:
Diplomların kateqoriyalar üzrə təqdim olunması:
I kateqoriya üzrə (Böyük dördlük):
I yer - “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi. Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialı (Filialın rəhbəri – İlqar Vəliyev)
II yer – “Deloitte & Touche” MMAC (Direktor – Nuran Kərimov)
III yer – “Praysvoterhauskupers Audit Azərbaycan” MMC (Audit departamentinin rəhbəri – Fəxri Mustafayev)
II kateqoriya üzrə (Xarici ticarət nişanından istifadə edən auditor təşkilatları):
I yer - “Baker Tılly Audit Azərbaycan” QSC (Direktor – Şahin Həsənov)
II yer – “Nexia EA” QSC (Direktor-auditor – Həsən Haqverdiyev )
III yer – “Caspian Business Consultants” MMC (Direktor-auditor – Rauf Həsənov)
III kateqoriya üzrə (Yerli auditor təşkilatları):
I yer - “Grovv Audit and Consultinq” MMC (Direktor - auditor– Orxan Abdurahmanov)
II yer – “Smart Audit” MMC (Direktor-auditor – Emil Məmmədov)
III yer – “Caspian Consultinq and Partners” MMC (Direktor-auditor – Elnurə Abdinova)
IV kateqoriya üzrə (Sərbəst auditorlar):
I yer – Elnur İbrahimov
II yer – Vidadi Tlıboov
III yer – Nazim Axundov
Qalareya