Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2023-cü il 9 avqust tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.

 Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. 2022-ci ilin nəticələri üzrə auditor təşkilatlarının və sərbəst auditorların reytinq səviyyəsinin müəyyən edilməsi barədə;

2. Auditorlar Palatasında 2023-cü ilin I yarımilində keçirilmiş tədbirlərdə (konfranslar, simpoziumlar, “dəyirmi masa”lar, seminarlar, ustad dərsləri və s.) Palata üzvlərinin iştirakının monitorinqi barədə;

3. Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (ICPAI) arasında Anlaşma Memorandumunun imzalanmasına dair    2023-cü il 28 iyul tarixində keçirilmiş tədbirin nəticələrinə dair;

4. Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Pakistanın Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu (ICAP) arasında Anlaşma Memorandumunun imzalanması barədə;

5. Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahan barədə.