Azərbaycan Respublikasının Auditorlar Palatasında “220 saylı BAS: Maliyyə hesabatlarının auditinin keyfiyyətinə nəzarət” mövzusunda ustad dərsi keçirilmişdir

Auditorlar Palatasında 2023-cü ilin 19 iyul tarixində “220 saylı BAS: Maliyyə hesabatlarının auditinin keyfiyyətinə nəzarət” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – “Deloitte &Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin Audit üzrə meneceri Nəriman Niftəliyev) mövzusunda ustad dərsi keçirildi.

Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “220 saylı BAS: Maliyyə hesabatlarının auditinin keyfiyyətinə nəzarət”  haqqında geniş məlumat verdi.

Q.Bayramov bildirdi ki, bu beynəlxalq audit standartı (BAS) maliyyə hesabatlarının auditi üçün tapşırıq səviyyəsində keyfiyyətin idarə edilməsi ilə bağlı auditorun xüsusi məsuliyyətlərini və tapşırıq üzrə tərəfdaşın müvafiq öhdəliklərini müəyyən edir.

            1 saylı BKİS-ə əsasən, şirkətin məqsədi maliyyə hesabatlarının auditi və ya təhlili, yaxud şirkətin həyata keçirdiyi digər təsdiqləmə və ya əlaqəli xidmət tapşırıqları üçün keyfiyyətin idarə edilməsi sistemini hazırlamaq, həyata keçirmək və idarə etməkdir ki, bu da şirkətə aşağıdakılara dair ağlabatan əminliyi təmin edir:

(a) Şirkət və onun işçi heyətinin öz öhdəliklərini peşə standartlarına və qüvvədə olan qanun və qaydaların tələblərinə və tapşırıqların bu cür standartlara və tələblərə uyğun olaraq yerinə yetirməsi; habelə

(b) Şirkət və ya tapşırıq üzrə tərəfdaşların hazırladığı tapşırığa dair hesabatların tapşırığın şərtlərinə uyğun olması.

    1. BAS tətbiq olunduğu zaman şirkət 1 saylı BKİS-in tələblərinə və ya ən azı onu qədər sərt olan milli tələblərə riayət etməlidir.
    1. məqsədi aşağıdakı tələblərə cavab verən keyfiyyət səviyyəsini təmin etmək məqsədilə ağlabatan əminlik əldə etmək üçün tapşırıq səviyyəsində keyfiyyəti idarə etməkdir:        (a) Auditor öz məsuliyyətlərini yerinə yetirmiş və auditi peşə standartlarının və qüvvədə olan qanun və qaydaların tələblərinə uyğun olaraq aparmışdır; habelə
    1. Təqdim edilmiş auditor hesabatı şəraitə uyğundur.
  1. paraqrafda təsvir olunan mühitin yaradılması zamanı tapşırıq üzrə tərəfdaş şirkətin keyfiyyətə tərəfdarlığını əks etdirən aydın, ardıcıl və səmərəli tədbirlərinə görə məsuliyyət daşımalı və tapşırıq qrupu üzvlərinin gözlənilən davranışını müəyyən etməli və məlumat verməli, o cümlədən aşağıdakıları vurğulamalıdır:

(a) Tapşırıq qrupunun bütün üzvləri tapşırıq səviyyəsində keyfiyyətin idarə edilməsinə və keyfiyyətin təmin olunmasına görə məsuliyyət daşıyırlar;

    1. Peşə etikası, dəyərləri və tapşırıq qrupu üzvlərinə münasibətlərin əhəmiyyəti;
    2. Tapşırıq qrupu daxilində açıq və səmərəli məumatvermənin əhəmiyyəti və tapşırıq qrupu üzvlərinin qisasdan qorxmadan onları narahat edən məsələləri bildirmək qabiliyyətinin dəstəklənməsi; habelə
    3. Audit tapşırığı yerinə yetirilərkən tapşırıq qrupunun hər bir üzvünün peşəkar inamsızlıq tətbiq etməsinin vacibliyi.

Tapşırıq üzrə tərəfdaş audit tapşırığının BAS-lara uyğun olaraq planlaşdırılması və yerinə yetirilməsi və bu BAS-ın tələblərinə riayət edilməsi zamanı qəbul və davamlılıq prosesində əldə edilən məlumatları nəzərə almalıdır.

            Tapşırıq üzrə tərəfdaş müəyyən etməlidir ki, tapşırıq qrupuna audit tapşırığın xüsusiyyəti və şərtləri, şirkətin siyasət və ya prosedurları, habelə tapşırıq yerinə yetirilən zaman yaranan hər hansı dəyişikliklər nəzərə alınmaqla, tapşırığın yerinə yetirilməsi üçün yetərli və müvafiq resurslar vaxtında ayrılmış və ya təmin edilmişdir.

            Tapşırıq üzrə tərəfdaş tapşırıq qrupunun üzvlərinə rəhbərlik və nəzarət, habelə onların işinin təhlili üzrə məsuliyyət daşımalıdır.

    1. üzrə tərəfdaş audit tapşırığı yerinə yetirilərkən müvafiq vaxtlarda audit sənədlərini, o cümlədən aşağıdakılarla əlaqəli olanları təhlil etməlidir:
    2. Əhəmiyyətli məsələlər;
    3. Audit tapşırığı zamanı müəyyən edilmiş çətin və ya mübahisəli məsələlərə aid olanlar da daxil olmaqla əhəmiyyətli mühakimələr və əldə edilən nəticələr; habelə
  1. Tapşırıq üzrə tərəfdaşın peşəkar mühakiməsinə əsasən, tapşırıq üzrə tərəfdaşın məsuliyyətlərinə aid olan digər məsələlər.
  2. üzrə tərəfdaş aşağıdakılara görə məsuliyyəti öz üzərinə götürməlidir:
  3. Müvafiq hallarda, şəbəkənin və şəbəkə şirkətlərinin monitorinqi və çatışmazlıqların aradan qaldırılması prosesi çərçivəsində əldə edilən məlumatlar da daxil olmaqla, şirkətin monitorinqi və çatışmazlıqların aradan qaldırılması prosesi çərçivəsində şirkətin verdiyi məlumatların öyrənilməsi;
  4. Audit tapşırığı yerinə yetirilən zaman şirkətin monitorinq və çatışmazlıqların aradan qaldırılması prosesinə aid ola biləcək məlumatlara qarşı diqqətli olmalı və bu məlumatları proses üzrə məsul şəxslərə çatdırmalıdır.

Q.Bayramov ustad dərsi haqqında geniş məlumat verdikdən sonra sözü “Deloitte &Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin Audit üzrə meneceri Nəriman Niftəliyevə verdi.

N.Niftəliyev BAS 220-nin tələbləri, rəhbərliyin audit üzrə keyfiyyətin əldə edilməsi və idarə edilməsi öhdəlikləri, auditorun müstəqilliyi və digər etik normalar, sifarişçi və audit tapşırıqlarının qəbulu və davam etdirilməsi, tapşırıq üzrə resurslar, tapşırığın yerinə yetirilməsi, monitorinq və çatışmazlıqların aradan qaldırılması prosesi, keyfiyyətin əldə edilməsi və idarə edilməsi üçün ümumi məsuliyyətin götürülməsi, sənədləşmə haqqında geniş məlumat verdi.

Məruzəçi sifarişçi və audit tapşırıqlarının qəbulundan və davam etdirilməsindən bəhs edərkən müəssisənin əsas sahibkarlarının, rəhbərliyinin və idarəetməyə məsul şəxslərinin dürüstlüyü və etik dəyərlərindən, tapşırığı yerinə yetirmək üçün yetərli və müvafiq resursların olub-olmamasından, rəhbərliyin və idarəetməyə məsul şəxslərin tapşırıqla bağlı məsuliyyətlərini qəbul edib-etməmələrindən, tapşırıq qrupunun tapşırığı yerinə yetirmək üçün kifayət qədər səriştə və bacarıqlara, həmçinin vaxta malik olub-olmamasından, cari və ya əvvəlki tapşırıq yerinə yetirilərkən ortaya çıxan əhəmiyyətli məsələlərin tapşırığın davamlılığına təsir edib-etməməsindən bəhs etdi.

N.Niftəliyev bildirdi ki, tapşırıq üzrə Tərəfdaş audit taprşırığının xüsusiyyətlərini və şərtlərini və firmanın siyasət və prosedurlarını, həmçinin tapşırıq müddətində baş verən dəyişiklikləri nəzərə alaraq müvafiq resursların olmasına əmin olmalıdır. Audit tapşırığının mürəkkəbliyindən, ölçüsündən və digər xüsusiyyət və şərtlərdən asılı olaraq yerinə yetirilməsi üçün müxtəlif amillər nəzərə alınmalıdır

Tapşırıq üzrə tərəfdaş aşağıdakılara görə məsuliyyəti öz üzərinə götürməlidir:

  • Müvafiq hallarda, şəbəkənin və şəbəkə şirkətlərinin monitorinqi və çatışmazlıqların aradan qaldırılması prosesi çərçivəsində əldə edilən məlumatlar da daxil olmaqla, şirkətin monitorinqi və çatışmazlıqların aradan qaldırılması prosesi çərçivəsində şirkətin verdiyi məlumatların öyrənilməsi;
  • Yuxarıda qeyd edilən məlumatların audit tapşırığına aidiyyətinin və təsirinin müəyyən edilməsi və müvafiq tədbirlərin görülməsi;
  • Audit tapşırığı yerinə yetirilən zaman şirkətin monitorinq və çatışmazlıqların aradan qaldırılması prosesinə aid ola biləcək məlumatlara qarşı diqqətli olmalı və bu məlumatları proses üzrə məsul şəxslərə çatdırmalıdır.

Auditorun hesabatının imzalanmasından öncə tapşırıq üzrə tərəfdaş audit tapşırığı ilə bağlı keyfiyyətin idarə edilməsi və təmin olunması üzrə ümumi məsuliyyəti öz üzərinə götürür. Bunu edərkən tapşırıq üzrə tərəfdaş aşağıdakıları müəyyən etməlidir:

  • Tapşırıq üzrə tərəfdaşın iştirakı audit tapşırığının bütün müddətində yetərli və müvafiq olmuşdur ki, tapşırıq üzrə tərəfdaşın, tapşırığın xüsusiyyəti və şərtləri nəzərə alınmaqla, yürüdülmüş əhəmiyyətli mühakimələrin və əldə edilmiş nəticələrin müvafiq olduğunu müəyyən etmək üçün əsası vardır; habelə
  • Audit tapşırığının xüsusiyyəti və şərtləri, ona edilən hər hansı dəyişikliklər və şirkətin müvafiq siyasət və ya prosedurları bu BAS-ın tələblərinə uyğun olaraq nəzərə alınmışdır.
  1. saylı BAS-ı tətbiq edərkən auditor audit sənədlərinə daxil etməlidir:
  • Aşağıdakılar ilə bağlı müəyyən edilmiş məsələlər, şəxsi heyətlə aparılmış müvafiq müzakirələr və əldə edilmiş nəticələri:
  • Müvafiq etik normalara, o cümlədən müstəqilliklə bağlı olanların yerinə yetirilməsi.
  • Sifarişçi və audit tapşırığının qəbulu və davamlılığı.
  • Audit tapşırığı yerinə yetirilən zaman aparılan məsləhətləşmələrin xüsusiyyəti, həcmi və əldə edilən nəticələr və bu nəticələrin necə həyata keçirildiyi.
  • Əgər audit tapşırığının keyfiyyəti təhlil edilirsə, audit tapşırığının keyfiyyətinin təhlilinin auditor hesabatının tarixindən gec olmayaraq tamamlanması.

Tədbir zamanı çıxış ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.

Keçirilən ustad dərsinin mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator Q.Bayramov tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 82 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

 

 

Azərbaycan Respublikasının Auditorlar Palatası

Qalareya