Auditorlar Palatasında “Qabaqcıl auditorların və auditor təşkilatlarının nümayəndələrinin aparmış olduqları auditlərin tədris vəsaiti kimi müvafiq proqrama salınmaqla auditorlara metodiki dəstəyin göstərilməsi üzrə əlaqəli auditor xidmətləri üzrə nümunəvi audit faylının təqdimatı” və “Vergi və mühasibat uçotu fərqləri ilə bağlı audit zamanı tələblər” mövzularında ustad dərsləri keçirilib

2023-cü ilin 22 iyun tarixində “Qabaqcıl auditorların və auditor təşkilatlarının nümayəndələrinin aparmış olduqları auditlərin tədris vəsaiti kimi müvafiq proqrama salınmaqla auditorlara metodiki dəstəyin göstərilməsi üzrə əlaqəli auditor xidmətləri üzrə nümunəvi audit faylının təqdimatı” (moderator – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova) və “Vergi və mühasibat uçotu fərqləri ilə bağlı audit zamanı tələblər” mövzusunda (moderator – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov; məruzəçi – Sərbəst auditor Altay Cəfərov) mövzularında ustad dərsləri keçirilib.

Moderator və əsas məruzəçi Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Qabaqcıl auditorların və auditor təşkilatlarının nümayəndələrinin aparmış olduqları auditlərin tədris vəsaiti kimi müvafiq proqrama salınmaqla auditorlara metodiki dəstəyin göstərilməsi üzrə əlaqəli auditor xidmətləri üzrə nümunəvi audit faylının təqdimatı” mövzusu haqqında geniş məlumat verərək “Əlaqəli auditor xidmətlərinin göstərilməsinə dair Metodik Göstəriş”in hazırlanmasının məqsədi, auditorlar tərəfindən maliyyə hesabatlarının auditindən başqa əlaqəli xidmətlərin göstərilməsi, onların növləri, şərtləri və qaydalarının müəyyən edilməsi barədə danışıb.

sadasdN.Talıbov 40-dan çox əlaqəli xidmətlərin növləri olduğunu və onlardan 21-nin Maliyyə hesabatlarının auditi aparılan subyektlərdə göstərilməsi mümkün olan əlaqəli xidmətlərə aid olduğunu qeyd edərək onlar barədə geniş məlumat verib.

N.Talıbov bildirib ki, auditorlar tərəfindən əlaqəli auditor xidmətləri göstərilərkən Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) və bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə düzgün riayət edilməlidir.

O, qeyd edib ki, 2015-ci ildə Auditorlar Palatasında “Əlaqəli auditor xidmətlərinin göstərilməsinə dair Metodik Göstəriş” işlənib hazırlanmış və Palata Şurasının 2015-ci il 30 sentyabr tarixli 266/2 saylı qərarı ilə təsdiq edilmişdir. Həmin metodik göstəriş sonralar təkmilləşdirilmiş və Auditorlar Palatasının üzvlərinə çatdırılmış, eyni zamanda Auditorlar Palatasının internet səhifəsində yerləşdirilmişdir.

Son olaraq Əlaqəli xidmətlərin göstərilməsinin və onun nəticələrinin rəsmiləşdirilməsindən bəhs edən N.Talıbov qeyd etdi ki, Əlaqəli xidmətlərin göstərilməsinə dair sənədə (müqaviləyə, məktub öhdəliyə və.s) aşağıdakı sualları əhatə edən tapşırıq vərəqəsi əlavə edilməlidir:

- Auditor tərəfindən cavablandırılmalı olan sualların siyahısı;

- Emal (işlənmə) üçün auditora təqdim olunan məlumat mənbələrinin ilkin sənədlərinin siyahısı;

- Auditorlar tərəfindən yerinə yetirilməli olan işlərin konkret siyahısı.

- Əlaqəli xidmətlərin göstərilməsinin nəticəsi müvafiq sənədlərlə rəsmiləşdirilməlidir:

- Əlaqəli xidmətin növündən asılı olaraq auditorlar tərəfindən işlərin görülməsinə dair hesbatın hazırlanması (layihə, biznes plan metodik göstəriş və.s);

- Auditor tərəfindən yerinə yetirilmiş nəzarət tədbirlərinə dair arayış.

Görülmüş işlərin yekunu olaraq sifarişçi və icraçı arasında işlərin yerinə yetirilməsinə və sənədlərin təqdim edilməsinə dair təhvil-təslim aktı tərtib olunmalıdır. Əlaqəli xidmətlərin göstərilməsinə dair auditorlar tərəfindən rəhbərliyə yazılı məlumat təqdim edilməlidir.

Daha sonra moderator “Vergi və mühasibat uçotu fərqləri ilə bağlı audit zamanı tələblər” mövzusunda ustad dərsinə keçid edərək sözü Auditorlar Palatasının Şura üzvü, Sərbəst auditor Altay Cəfərova verib.

A.Cəfərov mühasibat uçotu, vergi uçotu, təxirə salınmış vergi aktivi və öhdəliyi, auditorun audit zamanı mühasibat və vergi uçotu ilə bağlı riskləri, auditorun audit zamanı mühasibat və vergi uçotu ilə bağlı yerinə yetirəcəyi audit prosedurları, baş vermiş təhriflər və çatışmamazlıqlar, auditor hesabatı haqqında geniş məlumat verib.

A.Cəfərov bildirib ki, Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır.

Maliyyə təsərrüfat fəaliyyətinin və Maliyyə hesabatlarının düzgünlüyünün auditi aparıldıqda vergi uçotu da audit olunmalıdır.

Auditorun audit zamanı mühasibat və vergi uçotu ilə bağlı yerinə yetirəcəyi audit prosedurları aşağıdakı kimidir:

  • Mənfəət vergisi ilə bağlı yaxşı olardı ki, xüsusi audit faylı açılsa yaxşı olardı.Bəzi hallarda görünür ki, mənfəət vergisinin hesablanmasını gəlirlər faylında cəmləşdirirlər.Amma düzgün variantı ayrıca audit faylının açılmasıdır.
  • Həmin faylda cari mənfəət vergisi(vergi uçotunun nəticəsi) və təxirə salınmış mənfəət vergisi alt fayllarını açmaq lazımdır.
  • Sonda nəticədə yekunlar yazılmalıdır.

Sadə Prosedurlar:

  • İllik mənfəət vergisi bəyannaməsi tam araşdırılmalıdır.
  • Gəlirlər və xərclər maddələri ümumi və bir-bir analiz edilməlidir.
  • Təsərrüfat subyektindən hər bir gəlir və xərc maddəsinin açılışı istənilməlidir.
  • Xüsusilə böyük həmcli xərclər üzrə analitik və xüsusi yanaşmalarla seçmə üsulu ilə araşdırılmalıdır.
  • Həm gəlirlərdə və həm də xərclərdə mühasibat uçotu ilə fərq yaradacaq məqamları müəyyənləşdirməlidir.
  • Rəhbəlikdən və digər cavabdeh şəxslərdən xüsusi sorğular, izahatlar, açıqlamalar tələb etmək ki, vergi uçotu ilə bağlı olan çatışmamazlıqlar, səhvlər barəsində məlumatlar əldə edə bilsin.
  • Vergi orqanları ilə olan münasibətləri araşdırmaq.

Tədbir zamanı çıxış ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırılıb.

Keçirilən ustad dərsinin və seminarın mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilib.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 58 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak ediblər.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası