Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının proqram xarakterli göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası 40-a yaxın audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq sazişləri və memorandumlar imzalayıb yaxından əməkdaşlıq edir.
Auditorlar Palatası Şurasının üzvü, sərbəst auditor Altay Cəfərov və Auditorlar Palatasının Auditin təşkili və hesabatlılıq idarəsinin rəisi Vasif Cavadov 2023-cü il 24-27 may tarixlərində Rusiya Federasiyasının Volqoqrad şəhərində Auditor fəaliyyəti sahəsində “Audit və Konsaltinq: inkişaf perspektivləri, iqtisadi təhlükəsizliyin və biznesin səmərəliliyinin təmin edilməsində aktuallığı və rolu, qlobal transformasiyalar kontekstində davamlı iqtisadi inkişaf” mövzusunda olan “7-ci Beynəlxalq Elmi – Praktiki” konfransda iştirak etmişlər.
Auditin təşkili və hesabatlılıq idarəsinin rəisi Vasif Cavadovun “Azərbaycanda auditor fəaliyyətinin praktik tənzimlənməsi” mövzusunda məruzəsi dinlənilmişdir. Keçirilmiş konfransda dəyirmi masa formatında fikir mübadilələri aparılaraq, ölkəmizin auditin təşkili istiqamətində yeni fikirləri müzakirə olunmuşdur. Tədbirdən əldə edilən materiallar ölkəmizə xidməti istifadə məqsədilə gətirilmiş və hal-hazırda istifadəsinin aparılmasına başlanılmışdır.
Qalareya