Daxili audit kadrlarının hazırlanması üzrə növbəti TƏLİM keçiriləcəkdir.

Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl olaraq həyata keçirilən tədbirlərin davamlı icrasına dəstək vermək məqsədilə, Azərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor peşəsinin incəliklərinə dair zəruri biliklərə və səriştəyə malik olan daxili auditor kadrlarına təlabatın artmasını nəzərə alaraq, daxili auditor kadrlarının hazırlanması üzrə Təlimlər keçirir. Təlimlərimiz Auditorlar Palatası ilə əməkdaşlıq edən Beynəlxalq Daxili Auditorlar İnstitunun, İNTOSAİ Dövlət borcu üzrə İşçi qurupunun (WGPD) üzvü  peşəkar mütəxəssislər tərəfindən tədris edilir.

Təlim onlayn formatda 2023-cü il 05 iyun tarixində başlayacaqdır.

Son qeydiyyat tarixi: 2023-ci il 25 may.

Təlimin sonunda imtahandan müvəffəq bal toplamış şəxslər müvəffəqiyyət sertifikatı əldə edir.

Təlim ödənişlidir.

Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Təlimdə iştirak etmək üçün müəyyən olunmuş formada yazılmış Ərizə;
  • Şəxsiyyət vəsiqəsinin surəti.

 

     Sizin nümayəndələrinizi daxili auditor kadrlarının hazırlanması üzrə təlimlərdə iştirak etməyə dəvət edirik.  

     Əlaqələndirici şəxs: Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova  (training@audit.gov.az)

     Ünvan: S.Y. Bakuvi küç.,35; əlaqə telefonları: (012) 465-21-75; 051-921-25-25.