Azərbaycan Respublikası Auditorlar Palatasının sədri tərəfindən 2022-ci ilin 23 dekabr tarixində təsdiq edilmiş «Auditin aktual problemləri üzrə 2023-cü ildə “Ustad dərsləri”nin, “Dəyirmi masa”ların və seminarların təşkili üzrə plan-qrafik”ə uyğun olaraq 2023-cü ilin 16 may tarixində saat 1000-da “Dövlət büdcəsinə məcburi ödənişlərin düzgün hesablanması və ödənilməsi istiqamətində auditorların öhdəliklərinin artırılması və məsuliyyətlərinin gücləndirilməsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova) mövzusunda seminar və “Dövlət sifarişi ilə audit tapşırıqlarının icra edilməsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – “SR Audit Solutions” MMC-nin direktor-auditoru Səftər Vəlizadə) mövzusunda ustad dərsi keçiriləcəkdir.
Sizdən xahiş edirik ki, həmin seminarda və ustad dərsində fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09