Azərbaycan Respublikasının Auditorlar Palatasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir Auditorlar Palatasının inzibati binasında Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstünün açılış mərasimi ilə başlamışdır.
Açılışda çıxış edən Auditorlar Palatasının sədri, professor Vahid Novruzov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. V.Novruzov həmçinin şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən ümummilli liderin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən biri İlham Əliyev kimi bir rəhbərin yetişdirməsini və həmin layiqli varisin 20 ildir ki, Azərbaycana bacarıqla rəhbərlik etdiyini, onu inamla gələcəyə apardığını diqqətə çatdırıb.
Vahid Novruzov Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini, müasir gənclik tərəfindən Ulu Öndərin siyasi irsinin daha dərindən öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb.
Yubiley tədbiri sonradan təntənəli iclas şəklində davam etmişdir. Tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə ümummilli lider Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış “91-lər”-in nümayəndəsindən olan, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, yazıçı Tahir Məmmədov, Auditorlar Palatası sədrinin müavini Fəxrəddin İsmayılov, Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, Auditorlar Palatası sədrinin müşaviri Fəqan Qarayev, Auditorlar Palatasının üzvü, “LŞ Audit” MMC-nin direktoru Fərhəddin Hüseynov, Auditorlar Palatasının Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova, Auditorlar Palatasının üzvü, “SR Audit Solutions” MMC-nin direktoru Səftər Vəlizadə, Auditorlar Palatasının üzvü, sərbəst auditor, Palatanın Veteranlar Şurasının üzvü Çingiz Abbasov, Auditorlar Palatasının Auditin təşkili və təhlili şöbəsinin müdiri Nigar İsmayılova və Auditorlar Palatasının üzvü, “Azəruçot” MMC-nin direktoru Eldar Təhməzov çıxış edərək Ulu öndərimiz Heydər Əliyevin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən bəhs ediblər.
Qalareya