Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2023-cü il 13 aprel tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.

Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabat barədə;

2. Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən 2022-ci il üzrə auditor xidməti göstərilməsinə dair hesabat barədə;

3. Haqsız rəqabətə qarşı mübarizə üzrə hesabatlılıq və onun nümunəvi forması barədə;

4. “Auditorun şəxsi kabineti” sistemində auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətini əks etdirən yarımillik (illik) hesabatın, müqavilələrin və rəylərin qeydiyyatı haqqında Təlimat” barədə;

5. Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2022-ci il 03 oktyabr tarixli 348/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri”ndə dəyişiklik edilməsi barədə;

6. Auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə müfəttişlərin siyahısının təqdiq edilməsi barədə;

7. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında komitələrin və komissiyanın yeni strukturunun və tərkibinin təsdiq edilməsi barədə;

8. Auditorların peşə məsuliyyətlərinin icbari sığortalanması vəziyyətinin monitorinqi barədə;

9. Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahan barədə.

 

 

Qalareya