Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, sərbəst auditor Axundov Vaqif Xəlil oğlu Həmkarlar Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat turnirində iştirak etmiş və 7 oyundan 7 xal qazanaraq uğurlu nəticə əldə etmişdir.
Auditorlar Palatasının rəhbərliyi, əməkdaşları və üzvləri adından əldə edilmiş uğurlu nəticəyə görə Axundov Vaqif Xəlil oğlunu təbrik edir və daha böyük nailiyyətlər əldə etməsni arzulayırıq.
Auditorlar Palatasının Həmkarlar İttifaqı Komitəsi