Lənkəran Dövlət Universitetinin tələbələri Auditorlar Palatasının üzvü, “LŞ Audit” MMC-də istehsalat təcrübəsi keçir

Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü “LŞ Audit” MMC-nin direktoru-auditor Fərhəddin Hüseynovun Auditorlar Palatasına ünvanladığı 2023-cü il 04 aprel tarixli 15 nömrəli məktubundakı məlumata əsasən, Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin 40 nəfər tələbəsi cəmiyyətdə “Mühasibat uçotu və audit” ixtisası üzrə istehsalat təcrübəsi keçirlər.

Hesab edirik ki, cəmiyyətin əsasən fəaliyyətinin ölkəmizdə auditor xidmətinin həyata keçirilməsi olsa da, Universitetdə təhsil alan gənc nəslin bu peşənin yiyələnməsi üçün göstərdiyi təşəbbüs təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

Auditorlar Palatasının rəhbərliyi “LŞ Audit” MMC-nin kollektivinə gələcəkdə də auditor peşəsinə yiyələnməsində gənc nəslin yetişdirilməsini dəstəkliyir və bu istiqamətdə Sizə uğurlar arzulayır, eyni zamanda cəmiyyətinizdə istehsalat təcrübəsi keçən tələbələrə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyir.

 

 

 

Qalareya