Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2023-cü il 14 mart tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.

Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. “Haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin hüquqi əsasları, məqsədi, vəzifə və səlahiyyətləri barədə Təlimat” haqqında;

2. “Auditor fəaliyyəti sahəsində haqsız rəqabət hallarının qarşısının alınmasına dair intizam tədbirləri” barədə;

3. Beynəlxalq təcrübə nəzərə alınmaqla “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə Qaydalar”ın təkmilləşdirilməsi barədə;

4. Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2022-ci il 03 oktyabr tarixli 348/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri”ndə dəyişiklik edilməsi barədə.