Mərkəzi Bank bu şirkəti 110 min manatlıq tenderin - QALİBİ SEÇDİ

Mərkəzi Bank "Maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin MHBS-9 tələbləri əsasında Metodologiyasının hazırlanması üzrə xidmətin satın alınması" tenderinə yekun vurub.FED.az xəbər verir ki, tenderin qalibi "Baker Tilly Audit" QSC (VÖEN: 1300755991) olub.

Şirkətlə 109 740 manat məbləğində müqavilə imzalanıb.

Şirkət bundan əvvəl "Azərkosmos"dan 79 296  manat məbləğində "Beynəlxalq Standartlara (IFRS) uyğun tərtib edilmiş maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması" tenderinin qalibi olub.

 

İctimaiyyətlə əlaqə və informasiya şöbəsi