Sərbəst Auditorların və Auditor Təşkilatlarının nəzərinə!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Ümumi Siyahı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən yenilənmişdir.
27 yanvar 2023-cü il tarixə qüvvədə olan siyahı ilə tanış olmağınız və auditor xidməti göstərərkən nəzərə almağınız zəruridir (siyahı əlavə olunur).
Həmin sayta daxil olaraq zəruri məlumatları əldə edə bilərsiniz.