AUDİT SUBYEKTLƏRİNİN NƏZƏRİNƏ!

   Auditorlar Palatası Şurasının 2022-ci il 29 dekabr tarixli 352/5 nömrəli “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri tərəfindən 2022-ci il  ərzində Auditorlar Palatasına üzvlük haqqının ödənilməsi vəziyyəti barədə” qərarının 3-cü bəndinə uyğun olaraq, üzvlük haqqını tam ödəməyən aşağıda adları çəkilən auditor təşkilatlarının auditor fəaliyyətləri 01.02.2023-cü il tarixindən dayandırılmışdır:

  1. "AZBA Audit and Business Services LTD" MMC (direktor  Fərmanov Məmmədrza) AT/233 saylı 20.09.2021-ci il;
  2. “CONSULTING SERVICE OF BAKU” MMC ( direktor Mustafayev Cəfər) AT/217 saylı 25.09.2020-ci il;
  3. "M.R.Consulting və Audit"MMC (direktor Rəhimov İlqar) AT/234 saylı 21.09.2021-ci il;
  4. "RM AUDİT" MMC (direktor Miriyev Rasət) AT/086 05.03.2020-c il.
     

    Auditor xidməti bazarında haqlı rəqabətin təmin olunması, sifarişçilərə göstərilən auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditor xidməti sistemində şəffaflığın təmin edilməsi ilə əlaqədar audit sifarişçilərinin mənafelərinin qorunması məqsədilə onların növbəti il üzrə 2022-ci ilin nəticələrinə dair 2023-cü il ərzində göstəriləcək auditor xidmətlərinə görə müqavilə baglanılarkən  risk qrupunda olmaları nəzərinizə çatdırılır.

 

 

        AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASI