2023-cü il 7 fevral tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov Türkiyə Respublikasının İmtiyazlı Mühasiblər Palataları Birliyinin (TÜRMOB) sədri Emre Kartaloğluna, həmin Birliyin İstanbul İmtiyazlı Mühasiblər Palatasının rəhbəri Erol Dəmirələ və Kahramanmaraş İmtiyazlı Mühasiblər Palatasının rəhbəri Abdulla Kalına başsağlığı verib.
Başsağlığında deyilir:
Dünən, 6 fevral tarixində Türkiyənin cənub-şərqindəki Kahramanmaraş bölgəsində baş vermiş və ölkənin bir sıra yerlərində hiss edilmiş çoxsaylı insan tələfatı və yaralanması ilə nəticələnən zəlzələ xəbəri məni dərindən kədərləndirdi.
Bu zəlzələdə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm.
Təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını ümid edir, hər zaman sevincimizin və kədərimizin bir olduğu dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk.
Uca Allah xalqlarımızı qorusun!