31 yanvar 2023-cü il tarixdə DİİXİ Hİ Respublika Komitəsində xidməti sahəsinə daxil olan həmkarlar ittifaqı təşkilatı sədrlərinin iştirakı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş ZOOM proqramı vasitəsilə onlayn iclas keçirilmişdir. İclasda Respublika Komitəsinin sədri H.Osmanov Konfederasiyanın yaranma tarixi, ötən dövr ərzində görülən işlər barədə geniş məruzə etmişdir. H.Osmanov 30 il ərzində Konfederasiyasının keçdiyi çətin və şərəfli yoldan, həm daxildə, həm də beynəlxalq sahədə qazanılan uğurlardan bəhs etmiş, əsas amalın xalqımıza, millətimizə xidmət etməkdən ibarət olduğunu vurğulamışdır.
İclasda Şəki şəhər HİK-nin sədri Q.Babayev, Gəncə şəhər HİK-nin sədri Ü.Vəliyeva, Astara rayon HİK-nin sədri N.İbadov, Zaqatala rayon HİK-nin sədri N. Eminli, Şəmkir rayon HİK-nin sədri H.Məmmədov, Konstitusiya Məhkəməsi HİK-nin sədri F.Seyidov, Dövlət İdarəçilik Akademiyası HİKnin sədri Y.Ağayev, Auditorlar Palatası HİK-nin sədri S.Gülməmmədov çıxış edərək başda Səttar müəllim olmaqla bütün həmkar üzvlərini yubiley münasibətilə təbrik etmiş, Konfederasiyanın gələcək fəaliyyətinə uğurlar arzu etmiş və qeyd etmişlər ki, şəhid və qazi ailələrinə, himayəyə götürülmüş şəhid övladlarına, aztəminatlı həmkar üzvlərinə göstərilən qayğı yerlərdə hamı tərəfindən rəğbətlə qarşılanır və hər bir həmkar üzvü ona olan diqqəti hər zaman hiss edir.

Qalareya