2023-cü ilin 11 yanvar tarixində “Azərbaycan qanunvericiliyində yeniliklər və onların auditə təsiri” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi, sərbəst auditor Elnur İbrahimov) və “Auditor xidmətinin dəyərinin nümunəvi hesablama metodikası” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov, məruzəçi – Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) mövzularında seminar keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Azərbaycan qanunvericiliyində yeniliklər və onların auditə təsiri” mövzusunda seminar haqqında geniş məlumat verərək sözü Elnur İbrahimova verdi.
Elnur İbrahimov Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, ”Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Kommersiya sirri haqqında”, “Dövlət satınalmaları haqqında”, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunlarında təklif edilmiş dəyişikliklər haqqında geniş məruzə ilə çıxış etdi.
Məruzəçi aşağıdakı qanunlara təklif edilmiş dəyişikliklər barədə daha ətraflı məlumat verdi:
“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə aşağıdakı abzaslar əlavə edilsin:
15-ci maddəsinə aşağıdakı yeni bənd əlavə edilsin:
Bilə-bilə yalan auditor rəyi verdikdə;
19-cu maddəsinə aşağıdakı abzaslar əlavə edilsin:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə aşağıdakı yeni 309-1-ci maddə əlavə edilsin:
309-1. Bilə-bilə yalan auditor rəyinin təqdim edilməsi
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bilə-bilə yalan auditor rəyinin təqdim edilməsinə görə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə aşağıdakı dəyişikliklər edilsin:
464-cü maddəsində defisdən sonra sanksiya hissəsi aşağıdakı redaksiyada
verilsin:
- vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.”
Yeni 602-4-cü maddə əlavə edilsin:
602-4. Müstəqil (kənar) auditor və ya ekspertiza yoxlamasını həyata keçirən mütəxəssisə (auditora) sənədlərin təqdim edilməməsi
Müstəqil (kənar) auditor və ya ekspertiza yoxlamasını həyata keçirən mütəxəssisə (auditora) sənədlərin təqdim edilməməsi və ya təqdim edilməsindən yayınmağa görə- vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
43.1-ci maddəsində “602-3,” sözlərindən sonra “602-4,” sözləri əlavə edilsin.
Daha sonra moderator Qəşəm Bayramov “Auditor xidmətinin dəyərinin nümunəvi hesablama metodikası” mövzusunda seminara keçid edərək mövzu haqqında məlumat verərək sözü Nəcəf Talıbova verdi.
Nəcəf Talıbov “Auditor xidmətinin dəyərinin nümunəvi hesablama metodikası”ndan danışdı. O, bildirdi ki, auditor xidmətinin dəyərinin nümunəvi hesablama metodikası metodikanın aktuallığı və hazırlanmasında məqsəd, metodikanın normativ-hüquqi əsasları, auditor xidmətinin ehtimal olunan dəyərinin müəyyənləşdirilməsinin metodoloji əsası, qiymətlərin müəyyənləşdirilməsi üzrə meyarlar, auditor xidmətlərinin qiymətinin müəyyənləşdirilməsinin yekun mərhələsi kimi bölmələrdən ibarətdir.
Məruzəçi eyni zamanda qeyd etdi ki, “Auditor xidmətinin dəyərinin nümunəvi hesablama metodikası” “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf konsepsiyasna (2021-2030-cu illər) və Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin 2022-ci il 20 iyul tarixli 1/24 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Auditorlar Palatasının üzvləri arasında peşə fəaliyyətinə dair aparılmış sorğunun nəticələrinin tətbiqi ilə bağlı Tədbirlər Planı"nın 10-cu "Auditor xidmətlərinin dövlət satınalmalarında ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi Qaydalarının hazırlanması" bəndinin icrası ilə əlaqədar hazırlanmışdır.
Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin təsdiq edilmiş minimum hədlərin mövcud olduğu, habelə xidmətin dəyərinin sifarişçi-icraçı münasibətində konsensusa gəlinməsi vasisitəsi müəyyən edilməsi şəraitində auditor xidmətlərinin qiymətinin müəyyənləşdirilməsi prosesi bir metodik prosedur kimi tətbiq edilə və bu Metodika tövsiyəvi xarakter daşıya bilər.
O sonda bildirdi ki, bu metodika audit zamanı, o cümlədən dövlət satınalmalarında auditor xidmətlərinin qiymətinin müəyyənləşdirilməsi üçün istfadə oluna və xidmət bazarında audit üzrə ədalətli dəyər formalaşmasına öz təsirini göstərə bilər.
Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 70 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası