Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlamışdır.

 

 

Azərbaycan Respublikasının Prezidenti

Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident,

Azərbaycan auditorları adından Zati-alilərinizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.                      

Zati-alilərinizin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son illərdə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, bütün sahələrdə əldə olunan böyük uğurlarla öz nüfuzunu artırır.

Biz əminik ki, Sizin müasir olduğu qədər də tarixi köklərə söykənən, uzaqgörən olduğu qədər  də çevik və cəsarətli, milli olduğu qədər də  demokratik, regionda  siyasi sabitliyin təminatçısı olan siyasətiniz son 19 ildə ölkəmizi beynəlxalq arenada özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursuna malik nüfuzlu dövlət kimi möhkəmləndirmiş və işğal altında olan torpaqlarını azad edən ölkəmizə sosial-iqtisadi inkişafın bütün sahələrində gələcəkdə daha böyük uğurlar qazanmaqda mühüm rol oynayacaqdır.

Zati-aliləri,

Son dövrlərdə Zati-alilərinizin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində bərqərar olmuş şəffaflığın, dürüstlüyün və hesabatlılığın təkmilləşdirilməsinin rolu çox mühümdür. Böyük məmnuniyyətlə qeyd edirik ki, Azərbaycanda şəffaflığın artırılması, kölgə iqtisadiyyatına qarşı mübarizənin və ictimai nəzarətin gücləndirilməsi və yeni dövrün çağırışlarını nəzərə alaraq nəzarətin beynəlxalq təcrübə əsasında yenidən qurulması üzrə göstəriş və tövsiyələrinizin reallaşdırılması dünya çapında ölkəyə müsbət imic qazandırmaqdadır.

Biz güclü iqtisadiyyatdan qələbəyə gəldiyimiz kimi, şanlı qələbədən də daha güclü iqtisadiyyata nail olmalıyıq.           

Möhtərəm cənab Prezident,

Sizi bir daha təbrik edir, Zati-alilərinizin rəhbərliyi altında Azərbaycanın inkişafı, tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi naminə məsul fəaliyyətinizdə uğurlar, yeni-yeni nailiyyətlər və möhkəm can sağlığı arzulayıram.

Dərin hörmət və ehtiramla, 

Vahid NOVRUZOV,

                                                                                      Azərbaycan Respublikası 

Auditorlar Palatasının sədri,

 iqtisad elmləri doktoru, professor