2022-ci ilin 19 dekabr tarixində “Auditor fəaliyyəti sahəsində monitorinq və nəzarət sisteminin təkmilləşdirilməsi və auditorlara qarşı intizam və tənbeh tədbirlərinin tətbiqi təcrübəsi” (moderator – Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov; məruzəçilər – Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov) mövzusunda seminar keçirildi.
Moderator Nəcəf Talıbov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Auditor fəaliyyəti sahəsində monitorinq və nəzarət sisteminin təkmilləşdirilməsi və auditorlara qarşı intizam və tənbeh tədbirlərinin tətbiqi təcrübəsi” mövzusunda seminar haqqında məlumat verərək sözü məruzəçi Vəli Rəhimova verdi.
Məruzəçi Vəli Rəhimov Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2016-cı il 30 sentyabr tarixli 279/2 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasinda Auditor Xidmətinin Keyfiyyətinə Kənar Nəzarət Üzrə Qaydalardan bəhs edərək Keyfiyyətə kənar nəzarətin təşkili, keyfiyyətə kənar nəzarətin keçirilməsi proqramı, keyfiyyətə kənar nəzarətin həyata keçirilməsi qaydaları, ayrı-ayrılıqda seçilmiş hər bir auditor dosyesi üzrə tapşırığının keyfiyyətinə kənar nəzarət, keyfiyyətə kənar nəzarətin konfidensiallığı, nəzarət qrupunun iş sənədləri, ayrı-ayrılıqda hər bir auditor dosyesinin qiymətləndirilməsi, nəticələrin sənədləşdirilməsi və elan olunması, keyfiyyətə nəzarət yoxlamasının nəticələrinin sənədləşdirilməsi, auditor hesabatlarının monitorinqi barədə keyfiyyətə kənar nəzarətin aparilmasi prosedurlari haqqında geniş məlumat verdi.
O, bildirdi ki, Auditor Xidmətinin Keyfiyyətinə Kənar Nəzarət Üzrə Qaydaların məqsədi auditor xidmətinin keyfiyyətinin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, Beynəlxalq Audit Standartlarına, Peşəkar Mühasiblərin Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), Auditorların Müstəqillik Standartlarına, 1 saylı Beynəlxalq Keyfiyyətə Nəzarət Standartına, 1 saylı Üzvlük Öhdəlikləri Bəyannaməsinə, habelə Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının qərarları ilə qəbul edilmiş normativ sənədlərə uyğunluğunu təmin etməkdir.
Keyfiyyətə kənar nəzarətin monitorinqi Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə komitə və Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsi tərəfindən dövri və risk yönümlü yanaşma prinsipləri əsasında ən azı üç ildən bir planlaşdırılmış qaydada təşkil olunur və həyata keçirilir.
Daha sonra o qeyd etdi ki, auditorlar apardıqları auditor yoxlamalarının keyfiyyətinə daxili nəzarət sistemini təşkil etməli və onu inkişaf etdirməlidir. Keyfiyyətə daxili nəzarət sistemi Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərinə, BKNS, BAS və Etika Məcəlləsinə müvafiq olmalıdır.
Məruzəçi sonda 1 saylı Beynəlxalq Keyfiyyət Nəzarət Standartı ( BKNS), Azərbaycan Respublikasında Auditor Xidmətinin Keyfiyyətinə Kənar Nəzarətin həyata keçirilməsi ilə bağlı Konfidensiallıq Bəyannaməsi və Palata Şurasının 2021-ci il 13 dekabr tarixli, 338/5 saylı qərarı ilə təsdiq edilmiş “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi üzrə 2022-ci ilin Plan-qrafik”i haqqında da geniş məlumat verərək məruzəsini başa çatdırdı.
Seminarda eyni zamanda “AZƏRUÇOT” MMC-nin direktor-auditoru Eldar Təhməzov, “Alfa-Audit” QSC-nin auditoru Aygün Səfərova, Sərbəst auditor İlqar Əlizadə, “EKOL-AUDİ” MMC-nin auditoru İslam Bayramov, Sərbəst auditor Aftandil Əliyev auditin keyfiyyətinə kənar nəzarətin monitorinqinin həyata keçirilməsinə dair çıxışlar etdilər.
Tədbir zamanı çıxış ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Moderator N.Talıbov tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 67 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası
Qalareya