Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Dünya Bankının tədbirində iştirak edib

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 29 noyabr - 1 dekabr tarixlərində Dünya Bankının Maliyyə Hesabatlılığı üzrə İslahatlar Mərkəzi (CFRR) və Avstriyanın Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Avstriya Respublikasının paytaxtı Vyana şəhərində keçirilən “Borcun şəffaflığı və inkişafın dayanıqlılığının təmin edilməsi üçün maliyyə hesabatlılığı və davamlı inkişaf haqqında hesabatlılıq” mövzusunda 2022-ci il üzrə Nazirlər Konfransında iştirak edib.

Tədbirdə, Dayanıqlı inkişaf şəraitində hesabatlılıq; Qeyri – maliyyə hesabatlığı; Sosial – ekoloji hesabatlıq; Korporativ və sosial məsuliyyət; Risklərin idarə edilməsi və tənzimlənməsinin təkmilləşdirilməsi; Resursların idarə edilməsi; Korporativ idarəetmə; Dövlət və qeyri – dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi; Dayanıqlı inkişaf şəraitində mühasibatlığın və auditin təşkili; Şəffaflıq standartlarının hazırlanması; Kiçik və orta müəssisələrdə auditin aparılmasına yeni yanaşmalar mövzularında geniş müzakirələr və fikir mübadiləsi aparılıb, qeyd edilən məsələlər üzrə xarici təcrübəyə dair çoxsaylı materiallar əldə edilib.

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını və tövsiyə xarakterli göstərişlərini rəhbər tutaraq həmin materialların yerli qanunvericilik və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla ölkəmizdə tətbiqi istiqamətində müvafiq işlərin həyata keçirilməsi Auditorlar Palatası tərəfindən nəzərdə tutulur.

                                                                                                             

Qalareya