Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2022-ci il 07 dekabr tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir.

  Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2023-cü il üzrə iş planı barədə;

2. Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında əməkdaşlıq sazişinin layihəsi barədə;

3. Auditorlar Palatası tərəfindən 2022-ci il ərzində keçirilmiş sorğular və onların nəticələrinə dair tövsiyələr barədə;

4. Auditorlar Palatasında 2022-ci il ərzində fəaliyyət göstərən “Dəyirmi masa”, təşkil olunan təşkil olunan ictimai-siyasi tədbir, konfrans, seminar, ustad dərsləri və həmin tədbirlərdə Palata üzvlərinin iştirakının vəziyyəti barədə;

5. Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahan barədə.

 

Qalareya