Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri barədə;
2. Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2017-ci il 30 iyun tarixli 288/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Audit sahəsində müsabiqə qaydaları və auditor seçimi üzrə metodik göstəriş”də dəyişiklik edilməsi barədə;
3. “Əmlakın qiymətləndirilməsinin auditinə dair proqram” barədə;
4. Auditorlar tərəfindən istifadə oluna biləcək audit üzrə proqramlara dair məlumat barədə;
5. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Etika, mübahisələr və intizam komissiyasının tərkibində dəyişiklik edilməsi barədə.
Qalareya