2022-ci ilin 30 sentyabr tarixində “Kiçik və orta auditor təşkilatları və sərbəst auditorlar tərəfindən istifadə oluna bilən audit üzrə proqramların əldə edilməsi və təşviqi barədə” (moderator – Sədrin müşaviri Fəqan Qarayev; məruzəçi – Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov) seminar keçirildi.
Moderator Fəqan Qarayev dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Kiçik və orta auditor təşkilatları və sərbəst auditorlar tərəfindən istifadə oluna bilən audit üzrə proqramların əldə edilməsi və təşviqi” mövzusunda seminar haqqında geniş məlumat verdi.
O, bildirdi ki, Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf konsepsiyasının (2021-2030-cu illər) 8-ci “İnnovativ auditin genişləndirilməsi” bölməsinin 28-ci “Orta və kiçik auditor təşkilatları və sərbəst auditorlar tərəfindən istifadə oluna biləcək audit üzrə proqram təminatının hazırlanması və auditorun şəxsi kabinet sisteminə inteqrasiya olunması” və Auditorlar Palatasının 2022-ci il üzrə iş planının 1.9-cu “Kiçik və orta auditor təşkilatları və sərbəst auditorlar tərəfindən istifadə oluna biləcək audit üzrə proqramların əldə edilməsi və təşviqi” bəndlərinə uyğun olaraq “Kiçik və orta auditor təşkilatları və sərbəst auditorlar tərəfindən istifadə oluna biləcək audit üzrə proqramlar barədə metodik vəsait”in layihəsi hazırlanmışdır.
Bu metodik vəsait Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən kiçik və orta auditor təşkilatlarına və sərbəst auditorlara şamil edilir. Həmçinin bu metodik vəsait gələcəkdə auditorun şəxsi kabineti sisteminin təkmilləşdirilməsi istiqamətlərini müəyyən edəcəkdir.
Kompüter texnologiyasının sürətli inkişafı və şirkətlərin avtomatlaşdırılmış informasiya sistemlərindən istifadə etməsi kompüter mühitində audit metodlarının yaranmasına və təkmilləşdirilməsinə səbəb olmuşdur. Kompüter texnologiyası auditin bütün mərhələlərində, o cümlədən auditin planlaşdırılması və aparılması, audit işinin sənədləşdirilməsi və auditor hesabatının hazırlanmasında istifadə olunur. Məhz buna görə də auditin avtomatlaşdırılması məsələsi bu gün üçün çox aktualdır.
Audit proqramları auditorlara məlumatların saxlanmasını təşkil etməyə, sadə hesablamalar aparmağa və audit obyekti üzrə məlumatların sonrakı işlənilməsi və təhlili üçün hesabat və nəticələr hazırlamağa imkan verir.
Daha sonra moderator bu gün artıq audit prosedurlarını sadələşdirən bir sıra Case Ware Working Papers, TeamMate, Audit Workstation, AuditModern, Audit XP Professional, IT Audit, AuditNet, Express Audit: PROF, Audit Eksperti, Form.com, Cygna Auditor, Netwrix Auditor, Asset Panda, MasterControl Audit, Onspring Audit Software, ZenGRC.proqramlar mövcud olduğunu qeyd edərək Kiçik və orta auditor təşkilatları və sərbəst auditorlar tərəfindən istifadə oluna biləcək audit üzrə proqramlar üzrə Metodik vəsait barədə daha geniş məlumat verilməsi üçün sözü məruzəçi Qoşqar Əhmədova verdi.
Məruzəçi Qoşqar Əhmədov metodik vəsaitin Audit üzrə proqram təminatlarının təsviri, Case Ware Working Papers, TeamMate, Audit Workstation (NetWrix Active Directory Change Reporter), AuditModern, Audit XP Professional, IT Audit, ИНЭК-Аналитик, AuditNET, Экспресс Аудит: ПРОФ, Audit Expert, Ваш финансовый аналитик, Form.com, Cygna Auditor, Netwrix Auditor, Asset Panda, MasterControl Audit, Onspring Audit Software, ZenGRC başlıqlı bölmələri haqqında geniş məlumat verərək hər birinin üstünlüklərindən danışdı.
O “Caseware Working Papers”in bütün ölçülərdə olan audit və mühasibat firmalarına, eləcə də korporativ və ictimai maliyyə mütəxəssislərinə bütün əminlik və maliyyə hesabatlılığı tapşırıqlarını idarə etmək üçün vahid alət təqdim etdiyini, “TeamMate”in Strateji anlayışlar təqdim edərkən audit fəaliyyətini təkmilləşdirməyə çağırılan auditorlar üçün “TeamMate” dünya üzrə və bütün sənayelər üzrə auditorlara birinci dərəcəli peşəkar xidmətlərlə təmin edilən ekspert həlləri təqdim etdiyini, “AuditModern”nin daxili audit və nəzarət xidmətlərinin, eləcə də audit komitələrinin tapşırıqlarının həyata keçirilməsi üçün sistem həlli olduğunu, “AuditXP Professional”ın hesabat auditini əvəz edən yeni nəsil audit avtomatlaşdırma proqramı olduğunu, Proqramın yeni nəsil platformasında hazırlanmış və əvvəlki nəsil proqramında olan ən yaxşıları (istifadə asanlığı və çox yönlülük, auditin bütün mərhələlərində məlumatların daxil edilməsi və emalının hərtərəfli avtomatlaşdırılması kimi mühüm keyfiyyətlər) üzvi şəkildə özündə birləşdirdiyini, "Экспресс Аудит: ПРОФ"in hərtərəfli audit avtomatlaşdırma sistemi olduğunu və onun köməyi ilə bir kommersiya müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyətinin auditin hazırlanması mərhələsindən auditor hesabatının formalaşdırılması mərhələsinə qədər yoxlanılmasının əsas vəzifələrini həll edə bilinməsini, “Audit Ekspert”in maliyyə və idarəetmə məlumatlarının, o cümlədən konsolidasiya edilmiş mənfəət əsasında bir müəssisənin və ya müəssisələr qrupunun maliyyə vəziyyətinin diaqnostikası, qiymətləndirilməsi və monitorinqi üçün analitik sistemi olduğunu, “Ваш финансовый аналитик”in maliyyə hesabatlarına əsasən təşkilatın maliyyə vəziyyətinin intellektual təhlili sistemi olduğunu, “FORM.com”un veb və mobil formalar üçün müəssisə platforması olduğunu və platformanın ofisdə və ya onlayn və ya oflayn olaraq məlumat toplama formalarından istifadə edən sahədə istənilən məlumat toplama prosesini sadələşdirmək üçün istifadə oluna bilən çevik dizayn və qabaqcıl funksiyalar təqdim etdiyini, “Cygna Auditor”un (əvvəllər Knowledge Vault) güclü audit və yoxlama imkanlarına, həmçinin qabaqcıl hesabat və analitika xüsusiyyətlərinə və ağıllı biznes idarəetmə xüsusiyyətlərinə görə audit proqramı üçün ən yaxşı seçim hesab olunduğunu, “Netwrix Auditor”un ilk növbədə İT auditorları və proqram menecerləri tərəfindən istifadəsi üçün nəzərdə tutulduğunu və bundan əlavə, bu istifadəçi dostu və konfiqurasiyası asan olan audit proqramının şirkətlərə daxili protokollara və siyasətlərə uyğunluğu təmin etmək üçün auditlər aparmağa kömək etdiyini, “Asset Panda”nın bütün ölçülü bizneslər üçün istifadəsi asan başa gələn daxili audit və aktivlərin idarə edilməsi həlli olduğunu, əlverişli və fərdiləşdirilə bilən bu bulud əsaslı biznes dəsti obyekt menecerlərinə aktivlərin monitorinqi, təhlükəsizlik və uyğunluq kimi əsas vəzifələrini yerinə yetirməyə kömək etdiyini, “MasterControl Audit”in həyat elmi firmaları və oxşar təşkilatlar üçün rəqəmsal audit idarəetmə platforması olduğunu və bu platformanın hərtərəfli keyfiyyət və uyğunluq idarəetmə alətləri dəstinin bir hissəsi olduğunu və bu həllin təşkilatlara audit proseslərinin səmərəli və ardıcıl şəkildə aparılmasına kömək etmək üçün nəzərdə tutulduğunu, “Onspring Audit Software”in şirkətlərə strateji planlar qurmağa, daha səmərəli işləməyə və daha yaxşı nəticələr əldə etmək üçün daxili audit qruplarını gücləndirməyə kömək edən bulud əsaslı daxili audit idarəetmə proqramı olduğunu və bu platformanın şirkət daxilində daha yaxşı nəzarət, şəffaflıq və audit komandasının işini təmin etmək üçün nəzərdə tutulduğunu, “ZenGRC”in bizneslər üçün sərfəli, az texniki xidmət tələb edən və tətbiqi asan audit və uyğunluq həlli olduğunu və yerli və onlayn olaraq yerləşdirilən bu çevik platformanım istifadəçilərə onu gündəlik audit və uyğunluq işlərinə asanlıqla inteqrasiya etməyə imkan verdiyini vurğuladı.
Eldar Təhməzov, İlqar Əlizadə və Elnur İbrahimov metodik vəsait haqqında təkliflərini söyləyərək dəyərli fikirlərini səsləndirdilər.
Tədbir zamanı çıxış ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən seminarın mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxış Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi Kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 66 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası