Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçirilən “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APMMA) arasında mühasiblər və auditorlar üçün beynəlxalq standartların tələblərinə müvafiq yeni CPD proqramlarının işlənib hazırlanması və təkmilləşdirilməsi, yeniliklərin tətbiqi, birgə təlimlərin keçirilməsi və beynəlxalq sertifikatlaşdırmaya dair Niyyət Protokolu imzalanıb.
"APA-Economics" xəbər verir ki, tədbirdə çıxış edən APFM İdarə Heyətinin sədri Nuriyyə Novruzova niyyət protokolunun imzalanma mərasiminin Assosiasiyanın 15 illik yubileyinə təsadüf etdiyini bildirib.