Azərbaycan audit sahəsində Hindistan və Belarusla əməkdaşlığa başlayır - BANKER.AZ

Bu gün Bakıda Azərbaycanın Auditorlar Palatası ilə Hindistanın İmtiyazlı Mühasiblər İnstitutu və Belarusun Auditorlar Palatası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Sənədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Auditorlar Palatasının birgə təşkil etdiyi “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans çərçivəsində imza atılıb.

Sazişin əhəmiyyəti barədə məlumat verən Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib ki, bu günə qədər qurum beynəlxalq audit təcrübəsindən bəhrələnmək məqsədilə müxtəlif beynəlxalq təşkilatlara üzv olub, 40-dan çox ölkənin mühasibatlıq və audit qurumları ilə əməkdaşlıq sazişi imzalayıb: “Bugünkü saziş də dünyada kifayət qədər şöhrət qazanmış və böyük təcrübəsi olan Hindistanın İmtiyazlı Mühasiblər İnstitutu və bizim üçün doğma olan Belarus Auditorlar Palatası ilə imzalanır. Bu münasibətlə həm hindistanlı, həm də belaruslu həmkarlarımı təbrik edirəm. Əminəm ki, bugünkü sənəd qarşılıqlı əlaqələrimizin güclənməsinə töhfə verəcək”.

BANKER.AZ