Bakıda “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir - XALQ QƏZETİ

XALQ QƏZETİ 17 sentyabr buraxılışı

Sentyabrın 16-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA), Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) kimi nüfuzlu beynəlxalq qurumlar və 8 ölkəni ( Azərbaycan, Türkiyə, Rusiya, Hindistan, Gürcüstan, Belarus, Belçika və Moldova) təmsil edən 100-dən çox nümayəndə iştirak edir.

Konfrans çərçivəsində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Belarus Respublikasının Auditorlar Palatası arasında Əməkdaşlıq Sazişi və Azərbaycan Respublikası Auditorlar Palatası ilə Hindistan İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumunun imzalanması gözlənilir.