Auditorlar Palatası ilə Hindistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. - AZƏRTAC

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Hindistan İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, Sazişin imzalanması sentyabrın 16-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfrans çərçivəsində baş tutub.

Sazişi Auditorlar Palatasının sədri, professor Vahid Novruzov ilə Hindistanın İmtiyazlı Mühasiblər İnstitutunun nümayəndəsi Puruşhottam Xandelval imzalayıblar.