Azərbaycan Respublikası Auditorlar Palatasının sədri tərəfindən 2021-ci ilin 30 dekabr tarixində təsdiq edilmiş «Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2022-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlərin (konfranslar, simpoziumlar, «dəyirmi masa»lar, seminarlar, ustad dərsləri və s.) aylar üzrə Qrafiki”nə uyğun olaraq 2022-ci ilin 12 sentyabr tarixində saat 1200-da “PL/TMM üzrə mütəxəssislər üçün Korrupsiya və PL/TMM-ə qarşı qanunvericiliyin auditorların qarşısında tələblərinə dair” (moderator – Qəşəm Bayramov, məruzəçi – Elnur İbrahimov) və “Auditorların bağladığı müqavilələrin məbləğlərinin və müqavilə üzrə verilmiş rəylərin operativ təhlili barədə” (moderator – Qəşəm Bayramov, məruzəçi – Vasif Cavadov) mövzularında seminar keçiriləcəkdir.
Sizdən xahiş edirik ki, həmin seminarda fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09
Azərbaycan Respublikasının Auditorlar Palatası